Məşhur fotoqraf Füzuli Beynəlxalq Hava Limanı ilə bağlı fotolarını paylaşıb

Məşhur fotoqraf Füzuli Beynəlxalq Hava Limanı ilə bağlı fotolarını paylaşıb
24 avqust 2021
# 10:20

Dünya şöhrətli fotojurnalist Reza Deqati Füzuli Beynəlxalq Hava Limanında görülən işlərlə bağlı çəkdiyi fotoları instaqram səhifəsində paylaşıb.

Kulis.az xəbər verir ki, Reza Deqati paylaşımında yazıb: “2020-ci ilin oktyabrından bu günə qədər, 1992-ci ildən bəri Qarabağın işğalı dövründə baş verən dağıntıların fotoşəkillərini çəkirəm. Amma hələ yarısını belə çəkə bilməmişəm. Bu arada, demək olar ki, dərhal başlanan yenidənqurma işləri və yeni planlar bölgənin parlaq gələcəyini göstərir.

Əsas maneə, erməni qüvvələri tərəfindən qoyulan milyonlarla minalardır ki, hətta üçtərəfli müqaviləni imzaladıqdan sonra da Ermənistan hökuməti bütün beynəlxalq qanunlara zidd olaraq mülki insanların ölümünə səbəb olan və yenidənqurma işlərini gecikdirməyə gətirib çıxaran mina xəritələrini verməkdən imtina edir.

Ancaq davam edən işlər burada həqiqətən də möcüzədir və heç yerdə Füzuli hava limanı kimi, bir neçə ay ərzində tikilmir.

Buraya İlk təyyarə sentyabrın 5-də enəcək! Daha çox “Qarabağ İntibahı” hekayələri üçün səhifəni izləməyə davam edin”.

# 2793 dəfə oxunub

Oxşar xəbərlər

Sərdar Ortac  xəstəxanaya yerləşdirildi? - İddia

Sərdar Ortac xəstəxanaya yerləşdirildi? - İddia

13:50 7 avqust 2026
Türkiyəli müğənni “Qremmi”nin jürisinə seçildi

Türkiyəli müğənni “Qremmi”nin jürisinə seçildi

12:49 7 avqust 2026
Damla-damla yoxa çıxan zövqümüz...  — O izdiham bir-birini tapdalayaraq hara çatmağa tələsirdi?

Damla-damla yoxa çıxan zövqümüz... — O izdiham bir-birini tapdalayaraq hara çatmağa tələsirdi?

12:30 7 avqust 2026
Bred Pitin iti ilə birgə çəkildiyi filmdən kadrlar təqdim edildi

Bred Pitin iti ilə birgə çəkildiyi filmdən kadrlar təqdim edildi

11:50 7 avqust 2026
Cim Kerri təqaüdə çıxmaq qərarından imtina etdi - Səbəb

Cim Kerri təqaüdə çıxmaq qərarından imtina etdi - Səbəb

10:50 7 avqust 2026
26 illik qazıntı bitdi - Türkiyədəki ərazi UNESCO-nun  siyahısına daxil edildi

26 illik qazıntı bitdi - Türkiyədəki ərazi UNESCO-nun siyahısına daxil edildi

10:26 7 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər