Moskva Kino Festivalı başladı - Filmimiz əsas proqramdadır

Moskva Kino Festivalı başladı - Filmimiz əsas proqramdadır
2 oktyabr 2020
# 18:41

Moskva Beynəlxalq 42-ci Kino Festivalına start verildi.

Kulis.az Lenta.ru-ya istinadən xəbər verir ki, Mixail Lokşinin “Gümüş konki” filmi ilə açılan festivalda əsas mükafat üçün 13 film yarışır.

Əsas proqrama daxil edilən filmlər arasında Azərbaycan rejissoru İsmayıl Səfərəlinin “Balıqçı qızı” bədii filmi də yer alır.

Festivalda türk rejissor Erdem Tepegözün “Kölgədə” və dünya şöhrətli Koreya rejissoru Kim Ki Dukun “Ərimək” adlı filmi də nümayiş ediləcək.

42-ci Moskva Beynəlxalq Kino Festivalının bağlanış mərasimi oktyabrın 8-də baş tutacaq.

Qeyd edək ki, Rusiya və Azərbaycanın birgə istehsalı olan “Balıqçı qızı” filmi 2019-cu ildə çəkilib. Filmin ssenari müəllifləri Mariya Zelinskaya, İslam Səfərli və Rüstəm Məmmədova, operatoru isə Şandor Berkeçi, quruluşçu rəssamı Sergey Zaykovdur.

Ekran işində Xalq artisti Qurban İsmayılov, Əməkdar artist Rasim Cəfər, aktyorlar Həmail Həsənova, Günəş Mehdizadə, Vüsal Əzizov, Fərid Aslanov, Elnur Nəcəfov, Mahir Dərviş, Elşən Əsgərov və İqor Nikulov çəkiliblər.

Film Abşeron qəsəbəsində yerləşən, kiçik balıqçı kəndindən bəhs edir. Sara balıq ovu vaxtı dənizdə batan atasının yoxluğuna inanmır. Lakin Saranın ailəsi və kənd camaatı rəmzi də olsa dəfn mərasimi təşkil etmək istəyirlər. Qız isə etiraz olaraq atasını axtarmaq üçün təlatümlü dənizə üz tutur.

Xatırladaq ki, hər il yay aylarında təşkil edilən Moskva Beynəlxalq Kino Festivalının koronavirus pandemiyası səbəbindən vaxtı dəyişdirilərək payıza keçirilib.

# 3003 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər