İnsan alveri haqda serial çəkiləcək – Azərbaycanda ilk dəfə

İnsan alveri haqda serial çəkiləcək – Azərbaycanda ilk dəfə
8 fevral 2021
# 11:34

Azərbaycanda ilk dəfə olaraq asayiş keşikçiləri olan polislərin fəaliyyətindən, insan alverinə, narkomaniyaya, kiber və digər cinayətkarlıqla mübarizədən bəhs edən “İfşa” adlı serial çəkiləcək.

APA-nın məlumatına görə, layihənin rəhbəri və ideya müəllifi Ramiz Alıyevdir.

Azad Azərbaycan (ATV) televiziyasında yayımlanacaq serialın başlanğıc olaraq 6 bölümdən ibarət olması nəzərdə tutulub.

Serialı “Biz Group” və “Baku Art Lab” şirkəti birlikdə çəkəcək. Serialın quruluşçu rejissoru Elvin Abdulla, ssenaristləri Fariz Əliyev və Səbuhi Bayramov, prodüserləri Nicat Həsənzadə və Vüqar Təhməzovdur.

Layihə rəhbəri bildirib ki, məqsəd ölkədə sabitlik və təhlükəsizliyin təmin olunması istiqamətində polisin, hüquq-mühafizə orqanlarının məqsədyönlü fəaliyyətini, cinayətkarlıqla məşğul olan şəxslərin necə ifşa olunmasını göstərməkdir: “Biz 6 seriyada göstərəcəyik ki, Azərbaycan dövləti xalqın təhlükəsizliyinin tam təmin olunması istiqamətində necə fəaliyyət göstərir və aidiyyəti orqanlar üzərlərinə düşən vəzifəni hansı məsuliyyətlə yerinə yetirirlər. Ssenariyə uyğun olaraq cinayətkar qrupların fəaliyyəti müəyyən olunacaq, onların hansı qanun pozuntularına yol verdikləri, hansı məkrli planlar üzərində çalışdıqları aşkara çıxacaq. İnsan alverinə qarşı yalnız müvafiq idarənin deyil, həmçinin hər bir vətəndaşımızın mübarizə aparmasının vacibliyi qeyd olunacaq. Eyni zamanda, bu layihənin əsas məqsədlərindən biri insanların maarifləndirilməsindən ibarətdir. Peşəkar komanda var, həm ssenaristlər, həm rejissor və komandası, həm də prodüserlər bu layihə çərçivəsində qarşıya qoyulan məqsədlərə çatmaq üçün əllərindən gələni edirlər".

# 4514 dəfə oxunub

Oxşar xəbərlər

Süni intellekt aktrisası "nasazladı"

Süni intellekt aktrisası "nasazladı"

16:00 21 sentyabr 2026
Amerikalı repçi konsert gəlirini Fələstinə bağışlayacaq

Amerikalı repçi konsert gəlirini Fələstinə bağışlayacaq

15:30 21 sentyabr 2026
"Arxasıyca gedirəm, tale hara aparsa..." - Park Yaradıcılıq Akademiyasının ilk müdavimlərindən mətnlər

"Arxasıyca gedirəm, tale hara aparsa..." - Park Yaradıcılıq Akademiyasının ilk müdavimlərindən mətnlər

15:00 21 sentyabr 2026
Tanınmış aktrisanın oğlu vəfat etdi

Tanınmış aktrisanın oğlu vəfat etdi

14:30 21 sentyabr 2026
Stalinin dövründə türkoloqlara nə oldu? - Sovet sisteminin elm üzərində kölgəsi

Stalinin dövründə türkoloqlara nə oldu? - Sovet sisteminin elm üzərində kölgəsi

14:17 21 sentyabr 2026
Milli Kitabxanada Beynəlxalq Sülh Gününə həsr olunan kitab sərgisi açıldı

Milli Kitabxanada Beynəlxalq Sülh Gününə həsr olunan kitab sərgisi açıldı

14:15 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər