Bu ölkələr koronavirusa necə qalib gəlir?

Bu ölkələr koronavirusa necə qalib gəlir?
19 noyabr 2020
# 11:19

Dünyanın başında bəşəriyyətə müharibə elan edən silahsız bir düşmən var. Koronavirus bizim bəlamızdır və bu bəla gün keçdikcə bir az daha canımızı sıxmağa, səbrimizi tükəndirməyə davam edir.

Bir ilə yaxındır bütün dünya bu bəlaya qalib gəlmək üçün səfərbər olub. Pul, elm, güc, qüdrət, imperialist güc belə bu mübarizədə hələ ki, qalib ola bilmir. Çox əhəmiyyətli tədbirlər ertələnir, gündəlik həyat tərzi çərçivələrə salınır, təhsil dayanır. Bir sözlə bütün rahatlığımız ortadan qalxır və bununla yanaşı ölüm təhlükəsi gün gündən artır.

Koronavirusla mübarizədə tam qalib olmasa da, qismən qələbə çalan ölkələr də var. Bu o ölkələrdir ki, orda toplumun məsuliyyət hissi var. Onlar virusa dırnaqarası baxıb keçmir, qoyulan qaydalara riayət edir, riayət etməyənləri isə dövlət deyil elə cəmiyyətin özü cəzalandırır.

ABŞ-ın keçmiş Səhiyyə nazirlərindən birinin sözü var:
“Pandemiya başlamadan əvvəl söylənilən hər şey lazımsız və panikaya yol açan iş olaraq dəyərləndirilir. Pandemiya başlayandan sonra isə nə edirsiniz edin, yetərsiz olur”.

Düşünürəm ki, bu şərh bəlkə də çarəyə deyil, amma gecikməməyə işarədir.

Virusun təzə meydana çıxdığı aylarda artan rəqəmlərə çox da əhəmiyyət vermədik. Arqumentimiz isə yoluxanlar arasında tanıdıqlarımızın, yaxınlarımızın olmaması idi. Bu arxayınlıq dövlətin aldığı virusdan müdafiə tədbirlərinin müsbət nəticə verməsinə mane olur. Günü gündən artan rəqəmlərə hələ də şübhə ilə yanaşanlarımız var. Bir ildir virusdan qorunmaq üçün tətbiq olunan gigiyena qaydalarına əməl etməyən, gündəlik ritual halına gətirməyə alışa bilməyənlərimiz var. Hələ də avtobusda sürücü, marketdə satıcı vətəndaşlara “Maskanızı taxın” müraciəti edir. “Ehtiyac olmadığı zaman çölə-bayıra çıxmayın!” xəbərdarlığı hələ də bizim ölkəmizdə çətin əməl olunan qaydadır.

Yay fəslində qismən yoluxmada azalma müşahidə olunsa da, hələ yayın əvvəlində bu bəlanın ikinci dalğasının gələcəyi ilə bağlı xəbərdarlıq olunmuşdu. Havaların soyuması ilə gələn ikinci dalğanın şkalası isə ölkəmizdə daha güclü oldu. Karonavirusa qarşı alınacaq ən gözəl tədbir evdə qalmaq olsa da, dövlət boş-bekar və darıxan adamları evdə oturda bilmir. “Sağlamam, mənə bir şey olmaz” düşüncəsi ilə yola çıxan insanlar saniyələr içərisində virusun potensial daşıyıcılarına çevrilir. Bu yeriyən fəlakətlərin özlərinə bir ziyanı dəyməsə də ətrafında olan immun sistemi zəif insanların əcəli olurlar. Üstəlik biz tək koronavirusla mübarizə aparmırıq. Həm də müharibə dövrümüzü yaşayırıq.

Qələbə sevinci yaşadığımız günlərdə koronavirusun varlığını görməzdən gəlib savaş meydanında daha çox ehtiyac duyulan həkimlərin işini artırdığımızı dərk edə bilmirik. Karonavirus kimi bir təhlükə ilə qarşı-qarşıya olaraq normal həyatlarımıza qayıtmağımız üçün fədakarlıq edən, gecə-gündüz bilmədən çalışan həkimlərimiz bizdən fərqli olaraq iki cəbhədə döyüşür. Əlimizə bayraq alıb küçələrə axışıb, sıxlıq yaratmaqla biz qələbə sevincimizi saniyələr içərisində faciəyə çeviririk. Hamımızın şüuraltına yeriyən “soyuq havada virus aktivləşir” sloqanı əslində öz məsuliyyətimizdən boyun qaçırmaqdır.

Virus qapalı məkanlarda, sıxlıq yaranan ortamlarda sürətlə yayılır. Sıxılıq yaradır, qapalı məkanlarda saatlarla vaxt keçirməkdən çəkinmirik. Biz unuduruq ki, cəbhədə, ermənilər üzərində qələbə qazansaq da, koronavirusla savaş cəbhəsində hələ qələbə bizim deyil. Tövsiyələrin təməl qaydaları maskadan istifadə etmək, sosial məsafə saxlamaq, hər fürsətdə əlləri dezinfeksiya etmək və sıxlıqdan çəkinməklə virusun yayılmasının qarşısını almaqdır. Bu vecsizliyimizdən əl çəkib özümüzün və bütün xalqın mənfəətini düşünərək hərəkət edək. Bu koronavirus bəlasının iqtisadiyyatımıza vurduğu və vuracağı ziyanları düşünək.

Məsuliyyətimizi dərk etmədiyimiz müddətdə biz bu qələbəni hələ çox gözləyəcəyik.

# 4577 dəfə oxunub

Oxşar xəbərlər

Dünya ulduzları Efes Antik Teatrında səhnəyə çıxacaq

Dünya ulduzları Efes Antik Teatrında səhnəyə çıxacaq

15:40 18 iyun 2025
Buzovnada aşıq məclisi və ya “Tatar nəğməsi”nin qeyri-adi səyahəti - Məti Osmanoğlu

Buzovnada aşıq məclisi və ya “Tatar nəğməsi”nin qeyri-adi səyahəti - Məti Osmanoğlu

15:00 18 iyun 2025
MEDİA  jurnalistlər üçün müsabiqə elan etdi

MEDİA jurnalistlər üçün müsabiqə elan etdi

14:14 18 iyun 2025
Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

13:40 18 iyun 2025
Çəkilmiş xərclər qismən geri ödəniləcək - Sərəncam

Çəkilmiş xərclər qismən geri ödəniləcək - Sərəncam

13:00 18 iyun 2025
Xalq artisti axtarışa verildi

Xalq artisti axtarışa verildi

12:20 18 iyun 2025
#
#
# # #