Azərbaycanlı şair haqqında çəkilən filmin təqdimatı keçirildi

Azərbaycanlı şair haqqında çəkilən filmin təqdimatı keçirildi
10 sentyabr 2021
# 18:57

Daşkəndin mərkəzindəki “Ədiblər xiyabanı”nda “Özbəkkino” Milli Agentliyinin sifarişi ilə Özbəkistanın “First Art Media” şirkətinin özbək ədəbiyyatının klassiki, şair, tərcüməçi, pedaqoq, tanınmış soydaşımız Maqsud Şeyxzadə haqqında çəkdiyi “Maqsud Şeyxzadə: azadlığa can atan şair” adlı sənədli filmin təqdimatı keçirilib.

Tədbirdə Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, şair və yazıçılar, Azərbaycan diasporunun üzvləri, tələbələr, jurnalistlər iştirak edib.

“First Art Media” şirkəti, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM), “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin dəstəyi ilə hazırlanan filmin bir hissəsinin çəkilişləri böyük şairin vətəni Azərbaycanda, doğulduğu Ağdaş rayonunda aparılıb.

Təqdimatı Nəqliyyat Universitetinin rektoru Adil Əbdürrəhmanov açaraq Maqsud Şeyxzadənin həyatı və yaradıcılığı haqqında məlumat verib.

Akademik, şairin tədqiqatçısı Naim Kərimov M.Şeyxzadənin dünya şöhrətli özbək şairi Əlişir Nəvai irsinin tədqiqatçısı olduğunu qeyd edib. O, ədibin dram əsərlərini Şekspirin “Hamlet”, “Otello”, “Kral Lir” əsərləri ilə müqayisə edib və onun “Mirzə Uluğbəy”, “Cəlaləddin Manguberdi” kimi əsərlərinin nəinki Özbəkistanda və Azərbaycanda, bütün Şərq aləmində şöhrət qazandığını bildirib. Təsadüfi deyil ki, böyük özbək şairi Şükrulla Maqsud Şeyxzadəni “Özbək ədəbiyyatının Şekspiri” adlandırıb.

AMM-nin direktoru Samir Abbasov Maqsud Şeyxzadənin öz yaradıcılığı ilə iki xalq arasında dostluq körpüsü yaratdığını, Hüseyn Cavid, Abdulla Şaiq kimi klassiklərimizdən dərs alan Maqsud Şeyxzadənin əsərlərinin özbək ədəbiyyatının inciləri siyahısına daxil edildiyini bildirib. O deyib ki, M.Şeyxzadə özbək xalqının qəhrəmanı Cəlaləddin Manguberdi, hökmdar Mirzə Uluğbəy kimi tarixi şəxsiyyətlərlə bağlı yaratdığı ölməz əsərlərlə özbək dramaturgiyasının əsasını qoyub. “Daşkəndnamə”, “Ağsaqqal” poemaları da oxucular tərəfindən rəğbətlə qarşılanıb. Daşkənddə yazıçının altı cildlik “Seçilmiş əsərləri” çap olunub. O, 2021-ci il Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Nizami Gəncəvi İli” elan olunduğunu, Özbəkistanda Əlişir Nəvainin 580 illik yubileyinin geniş qeyd edildiyini söyləyərək, bu cür əhəmiyyətli ildə Maqsud Şeyxzadə haqqında filmin təqdim edilməsinin böyük simvolik məna daşıdığını vurğulayıb.

S.Abbasov Maqsud Şeyxzadə haqqında Özbəkistan Prezidenti Şavkat Mirziyoyevdən sitat gətirib : “Maqsud Şeyxzadə tarixi və mənəvi qohumluğumuzun parlaq rəmzidir və XX əsr özbək ədəbiyyatının ən yaxşı nümayəndələrinin fəxri siyahısına daxil edilib”.

“Özbəkkino” Milli Agentliyi baş direktorunun birinci müavini Şuxrat Rizayev bildirib ki, 2021-ci ildə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Sərəncamı ilə abidələri “Ədiblər Xiyabanı”nda ucaldılan tanınmış klassik şair və yazıçılar haqqında sənədli və bədii filmlərin çəkilməsi, habelə onların əsərlərinin yenidən nəşri həyata keçirilir. Maqsud Şeyxzadə də onlardan biridir. O, Maqsud Şeyxzadənin xidmətlərinin Özbəkistan dövləti tərəfindən yüksək qiymətləndirildiyini və onun dövlət tərəfindən “Böyük xidmətləri üçün” ordeni və digər mükafatlarla təltif olunduğunu qeyd edib.

# 2711 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər