Artur Rasizadə: “Hüseyn Cavidin evində qalırdıq” 

Artur Rasizadə: “Hüseyn Cavidin evində qalırdıq” 
14 iyul 2020
# 13:40

“Cavid bizi teatra piyada aparırdı. Qabağına çıxan xanımlar, bəylər “Cavid əfəndi, salam” deyib keçirdilər”

Kulis.az xəbər verir ki, bu sözləri keçmiş Baş nazir Artur Rasizadə modern.az-a verdiyi müsahibədə Hüseyn Cavidlə bağlı xatirələrindən bəhs edərkən söyləyib:

“Anam həmişə mənə danışırdı ki, atan müharibəyə gedəndə bir xahişi olub: “Oğlum azərbaycanlılığını itirməsin”. Çünki biz Hüseyn Cavidin ailəsi ilə sıx əlaqədə idik. Qohum kimi gedib-gəlirdik. Mənim Azərbaycan ruhunda böyüməməyim qeyri-mümkün idi. Mən kiçik olanda valideynlərim tez-tez Bakıya gəlib-gedirlərmiş. Həmişə də Hüseyn Cavidin evində qalardıq. Xatırlayıram ki, anam Cavid həbs olunmazdan qabaq Bakıya gəldiyimizi danışıb. 2 ay Cavidin evində qalmışdıq. Cavid bizi teatra piyada aparırdı. Qabağına çıxan xanımlar, bəylər “Cavid əfəndi, salam” deyib keçirdilər.”

Hüseyn Cavidin yaradıcılığını çox sevdiyini bildirən keçmiş Baş nazir onun bir çox şeirlərini əzbər bildiyini deyib. Ədəbiyyata poeziyaya marağı olsa da heç vaxt şeir yazmaq qabiliyyətinin olmadığını bildirib:

“Heç vaxt şeir yazmaq istedadım olmayıb. Mən mühəndisliyi sevib-seçdim. Ancaq atam şeirlər yazıb. Dəftərləri hələ də qalır. Cavidin bütün əsərlərini çox sevirəm”.

Jurnalistin “Yeri gəlmişkən, nə əcəb, memuar yazmaq haqqında düşünmürsüz?” ualına isə Artur Rasizadə belə cavab verib:

“Bunun 2 səbəbi var. Birinci səbəb Hüseyn Cavidin həyat yoldaşı Müşgünaz xanım və qızı Turan xanımla bir vaxtlar daimi sıx əlaqədə olmağımızla bağlıdır. Anam Cavidin yoldaşını və qızını bütün qohumlarından üstün tuturdu. Cavidə görə evi gəlib yoxlayırdılar. Əlyazmaları-filan götürüb aparırdılar. O zamandan beynimdə qalıb ki, sənədləri saxlamaq doğru deyil. Ələ keçən yazışmalardan hansısa mənalarda istifadə edə bilərlər. İkinci səbəb isə tarixlə bağlıdır. Gərək tarixə 50 ildən sonra qayıdasan. Çünki indi yazsam, kiminsə xoşuna gəlməyəcək, yazmasam da.... Bu da adamın özünə əziyyət olacaq”.

Keçmiş Baş nazir adı ilə bağlı uzun illərdir dolaşan söz-söhbətlərə də aydınlıq gətirib:

“Mən dünyaya gələndə anam ölüm-dirim savaşı aparıb. Məni güclə dünyaya gətirib. Voyniçin “Ovod” əsərini oxumusuz? Bax əsərdəki həmin oğul, yəni Artur adını da atam mənə qoyub. Ancaq anam adımın ya Teymur, ya da Tofiq olmasını çox istəyib. Atam isə əsərdən təsirlənib deyə, adımı Artur qoyub. Savadı olmayanlar da durub deyirlər ki, Artur erməni adıdır. Çünki kitab oxumayanlar belə şeyləri bilməz. Oxusaydılar, rast gəldikləri adları bilərdilər...”

Qeyd edək ki, Artur Rasizadə Hüseyn Cavidin qardaşı nəvəidir.

# 8601 dəfə oxunub

Oxşar xəbərlər

Şöhrətin arxasında gizlənən cinayətlər – Rassell Brendə ağır həbs cəzası gözlənilir

Şöhrətin arxasında gizlənən cinayətlər – Rassell Brendə ağır həbs cəzası gözlənilir

10:34 6 noyabr 2026
"Peaky Blinders" üslubunda 40 milyonluq soyğun:  Avropol serb qadını axtarışa verdi

"Peaky Blinders" üslubunda 40 milyonluq soyğun: Avropol serb qadını axtarışa verdi

10:11 6 noyabr 2026
Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər