Afaq Bəşirqızının kənd fəlsəfəsi - Sonuncu Orxan yazır

Afaq Bəşirqızının kənd fəlsəfəsi - Sonuncu Orxan yazır
13 aprel 2020
# 16:51

Axundov da kəndçi idi, Sabir də, Mirzə Cəlil də, Zərdabi də, Ü.Hacıbəyli də. Hələ lazım olsa siyahını uzatmaq da olar.

Ümumiyyətlə kənddən gəlmək, kəndçi olmaq niyə təhqir obyekti olmalıdır ki?

Axundovun komediyalarının hesabına teatr yaratdılar, hansı ki, siz şəhərlilər gedib orda ayağınızı ayağınızın üstünə aşırıb özünüzü ali mədəniyyətin bir parçası hesab edirsiniz.

Zərdabi mətbuatı yaratdı, teatrı yaratdı, "Qızlar məktəbi"ni qurdu.

Hər dəfə adı dilinizə gələndə atasına rəhmət oxuyursunuz.

Üzeyir musiqimizə istiqamət verdi, onu akademik səviyyəyə qaldırdı, uşaqlara dərslik yazdı, nəinki Azərbaycanda, bütün müsəlman şərqində ilk olaraq operanın əsasını qoydu. Hansı ki SİZ gedib orda mədəni dünyanın bir parçası olduğunuz üçün qürrələnirsiniz.

Sabir, Mirzə Cəlil "Molla Nəsrəddin" cəbhəsində xalqı uçuruma yuvarlayan, onu mədəni geriliyə sürükləyən xurafata, dini fanatizmə qarşı əliyalın vuruşdu. Hansı ki, SİZ indi Suriya, İraq, İran kimi şəriət ölkələri olmadığımız üçün gündə yüz yol atalarına rəhmət oxuyursunuz.

Siz indi bu "kəndçi"ləri nə tez unutdunuz? Onlar deyilmi sizin şəhərli komfortunuzun qarantı?

Bəs nədir bu kəndlilərlə alıb-verə bilmədiyiniz?

# 4274 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər