20 Yanvar - Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi

20 Yanvar - Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi
20 yanvar 2024
# 14:50

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 20 Yanvar hadisələrinin 34-cü ildönümü ilə əlaqədar virtual kitab sərgisi hazırlanıb.

Kulis.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan gəncliyi üçün əsl Vətən sevgisinin, azadlıq eşqinin, əzmkar mübarizənin nümunəsi olan 20 Yanvar hadisələrinin öyrənilməsi və təbliği məqsədilə hazırlanan virtual kitab sərgisində ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olan həmin günlərdə yaşanan hadisələrdən, xalqın azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladlarının canlarından keçərək şəhidlik zirvəsinə ucalmasından bəhs edilir.

Materialda Ümummilli Lider Heydər Əliyevin 20 Yanvar hadisələri zamanı Vətəndən kənarda olmasına baxmayaraq, öz xalqının səsinə hər kəsdən əvvəl səs verməsindən, baş verənlərin geniş auditoriyaya çatdırılmasında göstərdiyi cəsarətli tədbirlərdən, hadisələrə siyasi-hüquqi qiymətin verilməsi və beynəlxalq aləmə çatdırılması yönümündə atdığı addımlardan bəhs olunur.

Virtual kitab sərgisində xarici mətbuat səhifələrində 20 Yanvar hadisələri ilə bağlı verilən məqalələrdən sitatlar, faktlar, fotogörüntülər də təqdim edilir. 20 Yanvar hadisələri zamanı azadlıq uğrunda canlarını fəda etmiş qəhrəman oğulların davamçılarının bu gün Zəfər tarixini yazması və xalqımıza qələbə sevinci yaşatması da qeyd olunur.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan virtual kitab sərgisində “Şəhidlər”, “Qara Yanvar dialoqu”, “Ağla, qərənfil ağla”, “Bakı buxtası – 20 Yanvar”, “Sənin oxşarın bənövşədi” kimi 10-dan çox kitabın annotasiyası yer alır.

Kitabxanada “20 Yanvar Günü” adlı ənənəvi kitab sərgisi də təşkil edilmişdir. Sərgidə bu mövzuda olan kitablar, dövri mətbuat materialları, həmçinin kitabxana əməkdaşları tərəfindən hazırlanmış, özündə Azərbaycan, rus, ingilis dillərində 40-dan çox kitabların biblioqrafik təsvirini və annotasiyasını cəmləyən “Xalqımızın qəhrəmanlıq salnaməsi” adlı biblioqrafiq icmal sərgilənməkdədir.

20 Yanvar hadisələrinin 34-cü ildönümü ilə əlaqədar olaraq hazırlanan virtual sərgi kitabxananın rəsmi saytında yerləşdirilib.

# 2024 dəfə oxunub

Oxşar xəbərlər

Süni intellekt aktrisası "nasazladı"

Süni intellekt aktrisası "nasazladı"

16:00 21 sentyabr 2026
Amerikalı repçi konsert gəlirini Fələstinə bağışlayacaq

Amerikalı repçi konsert gəlirini Fələstinə bağışlayacaq

15:30 21 sentyabr 2026
"Arxasıyca gedirəm, tale hara aparsa..." - Park Yaradıcılıq Akademiyasının ilk müdavimlərindən mətnlər

"Arxasıyca gedirəm, tale hara aparsa..." - Park Yaradıcılıq Akademiyasının ilk müdavimlərindən mətnlər

15:00 21 sentyabr 2026
Tanınmış aktrisanın oğlu vəfat etdi

Tanınmış aktrisanın oğlu vəfat etdi

14:30 21 sentyabr 2026
Stalinin dövründə türkoloqlara nə oldu? - Sovet sisteminin elm üzərində kölgəsi

Stalinin dövründə türkoloqlara nə oldu? - Sovet sisteminin elm üzərində kölgəsi

14:17 21 sentyabr 2026
Milli Kitabxanada Beynəlxalq Sülh Gününə həsr olunan kitab sərgisi açıldı

Milli Kitabxanada Beynəlxalq Sülh Gününə həsr olunan kitab sərgisi açıldı

14:15 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər