12 000 illik tarixi ilə dünyanın ilk məbədi

12 000 illik tarixi ilə dünyanın ilk məbədi
21 avqust 2025
# 10:20

Kulis.az 12.000 illik tarixi ilə bəşəriyyət haqqında tamamilə yeni məlumatlar təqdim edən Göbəklitəpə haqqında maraqlı faktları təqdim edir.

Göbəklitəpədə 1995-ci ildə başlanan qazıntı işləri hələ də davam edir və arxeoloqlar hər gün yenilənən tədqiqat nəticələrini gözləyirlər.

Şanlıurfanın 22 km şərqində yerləşən ərazinin tarixin ən qədim məbədlərinə ev sahibliyi etdiyi üzə çıxanda, Göbəklitəpə təkcə arxeoloji dairələrin deyil, bütün dünyanın ən maraqlı mövzularından birinə çevrildi.

Bəşəriyyətin hələ dulusçuluq ilə məşğul olmadığı dövrlərdən qalan bu tapıntının Neolit dövründə, e.ə. 9600–7300 illər arasında inşa edildiyi düşünülür.

O dövrdə belə tikililərin necə inşa oluna bilməsi isə hələ də düşüncələri məşğul edən əsas mövzulardan biridir.

Göbəklitəpə qazıntı sahəsi bir təpənin üzərində inşa edilmiş çoxsaylı dairəvi tikililərdən ibarətdir.

Məlumdur ki, təpədə 20 açıq səma altında tikili var, lakin onlardan yalnız 6-sı indiyədək üzə çıxarılıb.

Damı olmayan bu dairəvi tikililərin yaşayış üçün deyil, ibadət məqsədilə istifadə edildiyi güman olunur.

Hər bir dairəvi tikili "T" formalı sütunlarla əhatələnib və tikililərin ortasında da "T" formalı sütun yerləşdirilib.

Hündürlüyü 3–6 metr arasında dəyişən və təxminən 40 tona yaxın çəkisi olan bu sütunlar mütəxəssisləri heyrətə salır.

Bu sütunların insanı simvolizə etdiyi, üzərindəki relyeflərin işlənməsində isə böyük bir ustalığın olduğu da qeyd olunur.

Misir ehramlarından belə qədim olan Göbəklitəpənin mövcudluğu indiyədək doğru hesab etdiyimiz tarixi bilgiləri yenidən sorğulamağımıza səbəb oldu.

Bəzi mütəxəssislərə görə, bu qalıqlar insanların məskunlaşmağa başlamasının tək səbəbinin sığınacaq və müdafiə deyil, həm də ibadət ehtiyacı və dini inanclar olduğunu göstərir.

1963-cü ildən bəri İstanbul Universiteti və Çikaqo Universiteti tərəfindən mövcudluğu bilinən Göbəklitəpənin əsl əhəmiyyəti 90-cı illərdə anlaşıldı və 2011-ci ildə UNESCO tərəfindən Dünya İrsi Mədəni Siyahısına daxil edildi.

Qazıntı sahəsindəki torpağın araşdırılması ilə tapılan yabanı buğda qalıqları və məbədlərin ətrafında aşkarlanan heyvan sümükləri, insanlığın əkinçilik və maldarlığa başlama tarixi ilə bağlı fikirləri də dəyişdirə bilər.

Hazırda 20 məbəddən yalnız 6-sının araşdırıldığını nəzərə alsaq, Göbəklitəpə gələcəkdə bizi daha çox təəccübləndirəcək yeni tapıntılarla qarşı-qarşıya qoya bilər.

# 1258 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər