"Ulduz"un iyun sayı nəşr edildi

"Ulduz"un iyun sayı nəşr edildi
1 iyul 2020
# 17:12

"Ulduz"jurnalının iyun sayı işıq üzü görüb.

Kulis.az xəbər verir ki, jurnalın bu sayı Fərid Hüseynin özüylə söhbəti və müxtəlif illərdə qələmə aldığı esseləri ilə açılır. "Müzakirə saatı"nda Rüstəm Kamal və Nərgiz Cabbarlının təqdimatında Əjdər Olun bir müddət öncə işıq üzü görmüş "Lo" romanı müzakirəyə çıxarılıb. Fariz Yunislinin "Daş", Xəyalə Sevilin "Ağac ana", Nizami Adışirinin "Boğça" kimi hekayələri xüsusi maraq doğuran nəsr nümunələrindəndir. "Şeir vaxtı"nda Vasif Zöhraboğlunun, Tural Turanın, Habil Rzanurun və Nigar Arifin şeirlərinə yer verilib.

Tənqidçi Cavanşir Yusiflinin Samirə Əşrəfin "Mənim üçün qızılgül" hekayəsi haqda qələmə aldığı "Bizim üçün qızılgül" adlı tənqidi məqaləsində yazarın sözügedən hekayəsi geniş təhlil edilmiş, dünya ədəbiyyatının fərqli nümunələri ilə paralellər aparılmışdır. Qəşəm Nəcəfzadənin şairə Nuranə Nur yaradıcılığından bəhs edən "Sənə bir xəbərim vardı..." adlı məqaləsi, Səhər Əhmədin Sehran Allahverdinin yaradıcılığına işıq tutan "Daşa divara, quma çizilmiş şeirlər" başlıqlı yazısı dərgiyə özünəməxsus rəng qatır. Bir neçə il öncə dünyasını dəyişmiş gənc yazar Orxan Adiloğlunun təqdim edilmiş şeirləri nakam yazarın qısa ömrünə sığan yaradıcılıq nümünələrinin kiçik bir hissəsidir.

Qürbətdə yaşayan həmyerlimiz Orxan Arasın qırğız yazıçısı Çingiz Aytmatovun "Dişi qurdun yuxuları" romanından bəhs edən yazısı əsərə fərqli baxış bucağı sərgiləyir. Cahangir Məmmədlinin Bəhruz Axundovun əziz xatirəsinə həsr etdiyi "Qəlbimizin Bəhruz nisgili" adlı yazısında mərhum naşirin şərəfli ömür yoluna nəzər salınır. Mustafa Çəmənlinin "Gözə görünməz düşmən” adlı publusistik yazısı dünyanı cənginə alan koronavirus pandemiyasının bəşər övladının yaşam tərzinə göstərdiyi psixoloji və sosial təsiri bədii sitat və faktlarla təsvir edilib. Bundan başqa, dərginin bu sayında Furqanın tərcüməsində türk şairi Canər Gökçəoğlunun şeirlərini, eləcə də "Debüt"də gənc yazar Ülvi Ələkbərzadənin şeirləri tanış ola biləcəksiniz.

Qulu Ağsəsin iki yaşlı İpək Məcidə həsr etdiyi şeiri rubrikanın adıyla səsləşir, "Böyükdən uşağa" hər kəsin nəzər nöqtəsinə çevrilir. ”Tərcümə saatı”nda Rey Bredberinin oxucuları başdan-sonacan həyacan və maraq vəd edən "Dadli Stounun təəccüblü ölümü" hekayəsi yer alıb ki, nümunəni dilimizə Dinar Həmidova tərcümə edib. İlham Abbasovun Nobel mükafatçısı Con Qolsuorsi yaradıcılığından bəhs edən "Məhəbbət nasiri" adlı yazısının sayəsində böyük naisirin yaradıclığı haqda geniş bilgi almaq imkan qazanacaqsınız. Son olaraq qeyd edək ki, "Dərgidə sərgi"nin bu sayının qonağı 11 yaşlı rəssam Gülay Məmmədlidir.

# 4328 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti Alim Qasımovla Üzeyir Mehdizadənin dueti - “Nəyindən narahatsan”

Xalq artisti Alim Qasımovla Üzeyir Mehdizadənin dueti - “Nəyindən narahatsan”

16:55 19 sentyabr 2026
Türk Dünyası Bəstəkarlar Birliyi yaradıldı

Türk Dünyası Bəstəkarlar Birliyi yaradıldı

16:45 19 sentyabr 2026
Monenin indiyədək bilinməyən tabloları Parisdə hərraca çıxarılır

Monenin indiyədək bilinməyən tabloları Parisdə hərraca çıxarılır

15:00 19 sentyabr 2026
Şakira İspaniya səhnələrinə qayıdır - Səkkiz illik fasilədən sonra

Şakira İspaniya səhnələrinə qayıdır - Səkkiz illik fasilədən sonra

14:30 19 sentyabr 2026
"Səni görəndə başıma gələn möcüzəyə məcburən inandım..." - Mika Valtari

"Səni görəndə başıma gələn möcüzəyə məcburən inandım..." - Mika Valtari

14:10 19 sentyabr 2026
"Hə də, sizə hər şeyi deyiblər..." - Səlim Babullaoğlunun "Xatırladıqlarım" silsiləsindən I yazısı

"Hə də, sizə hər şeyi deyiblər..." - Səlim Babullaoğlunun "Xatırladıqlarım" silsiləsindən I yazısı

14:00 19 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər