"Qızıl Qlobus"un sahibləri bəlli oldu - Fotolar

"Qızıl Qlobus"un sahibləri bəlli oldu - Fotolar
1 mart 2021
# 11:20

Dünyanın nüfuzlu film mükafatlarından olan "Qızıl Qlobus" Film Mükafatları açıqlanıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, Hollivud Xarici Media Birliyi tərəfindən müəyyənləşdirilən film və televiziya aləminin ən yaxşıları, epidemiya səbəbilə tarixdə ilk dəfə onlayn keçirilən 78-ci "Qızıl Qlobus" Film Mükafatı sahiblərinə təqdim olundu.

“Ən yaxşı dramatik film” nominasiyasında Xloui Çjaonun “Köçərilər torpağı” filmi qalib olub. “Birləşmiş Ştatlar Billi Holideyə qarşı” filmindəki roluna görə Andra Dey “Dram üzrə ən yaxşı qadın rolu” nominasiyasında fərqlənib.

“Dram üzrə ən yaxşı kişi rolu” nominasiyasında isə ölümündən sonra aktyor Çedvik Bouzman seçilib. Ceyson Uolinerin “Borat 2” ekran işi “Ən yaxşı komediya” nominasiyasında qalib olub. “Qızıl Qlobus”un fikrincə, ötən ilin ən yaxşı ssenarisi Aaron Sorkinin “Çikaqo yeddiliyinin məhkəməsi” işinə görə olub.

“Ən yaxşı mini serial” nominasiyasında “Kraliçanın gedişi”, “Ən yaxşı dramatik serial” nominasiyasında “Tac”, “Ən yaxşı komediya serialı” nominasiyasında “Şitts Krik” serialları seçilib.

İkinci plan roluna görə Deniel Kaluya və Cudi Foster fərqləniblər. Xarici dildə ən yaxşı film Amerika rejissoru Li Ayzek Çunun “Minari” , ən yaxşı animaisya isə “Ruh” filmləri olub.

“Qızıl Qlobus” 1944-cü ildən başlayaraq hər il, 20-dən çox kateqoriyada təqdim olunur. Kino dünyasında nüfuzlu mükafatlardan hesab edilir.

# 2828 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər