“Haqq mənəm” tamaşası nümayiş olunacaq

“Haqq mənəm” tamaşası nümayiş olunacaq
5 fevral 2020
# 14:44

Fevralın 18-də Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında, saat 19-da S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində Nəsiminin 650 illiyinə həsr olunmuş, şair-dramaturq İftixarın “Haqq mənəm” pyesi əsasında hazırlanan tamaşanı - ikihissəli tarixi elegiyanı təqdim edəcək.

Kulis.az-ın Nazirliyin saytına istinadən verdiyi xəbərə görə, tamaşanın quruluşçu rejissoru, quruluşçu rəssamı və xoreoqrafı Əməkdar mədəniyyət işçisi İftixar Piriyev, tərtibatçı rəssamı Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilov, rejissor assistenti Bəhruz Hikmətoğludur.

Rollarda Natiq Həziyev (Nəsimi), Əməkdar artist Rəşid Rzayev (Əmir Teymur), Bəhruz Hikmətoğlu (Şeyx Zahid), Məhərrəm Musayev (Baş vəzir), Müdvər Nemətova (Afət), Niyaməddin Səfərəliyev (Dərviş), Əmrulla Nurullayev (Dərviş libaslı mürid), Anar Buludov (I mürid), Zəki Fətəliyev (II mürid), Arzuman Tanrıverdi (III mürid), Samir Əliyev (IV mürid), Rövşən Cəfərov (Miranşah), Fərid Vəliyev (Carçı), Güney Əliyeva (Rəqqasə), Tünzalə Əliyeva, Xatirə Süleymanova, Səmayə İsmayılova, Sevinc Hüseynova, Pərvin Dadaşova, Xədicə Məmmədova, Səbinə İmamverdiyeva və Sevinc Bəxtiyar çıxış edəcəklər.

Nəsimi poeziyası əsasında yazılan “Haqq mənəm” adlanan əsər Nəsimi dünyasının, Nəsimi dövrünün ruhunu tamaşaçıya çatdırır. Haqq nədir? Nəsimi haqqı hər yerdə, Allahda, onun yaratdıqlarında, hər qəlbdə, hər əməldə axtarır. Tapa bilirmi? Bu sualın cavabı sirdir. Dünyanın özü kimi. Nəsimi dühası cahana sığmayan uca haqqın özüdür.

# 3410 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər