YUĞ Teatrında yeni mövsümün ilk iclası baş tutdu

YUĞ Teatrında yeni mövsümün ilk iclası baş tutdu
2 sentyabr 2026
# 17:30

Azərbaycan Dövlət YUĞ Teatrında yeni teatr mövsümünün ilk iclası baş tutub.

Kulis.az xəbər verir ki, teatrın kollektivinin iştirak etdiyi görüşdə direktor Əməkdar mədəniyyət işçisi İslam Həsənov yeni mövsümdə teatrın fəaliyyəti haqqında planlardan söz açıb.

Belə ki, yeni teatr mövsümü çərçivəsində V.Şekspirin “Otello” (quruluşçu rejissor Günay Səttar), Ç.Aytmatovun “Cəmilə” (quruluşçu rejissor Həmzə Honov) əsərləri əsasında və “Kitabi-Dədə Qorqud” dastanının “Duxa Qoca oğlu Dəli Domrul” və “Qanlı Qoca oğlu Qanturalı” boyları əsasında tamaşalar hazırlanacaq.

İclas zamanı YUĞ Teatrının mövsüm çərçivəsində beynəlxalq teatr festivallarında və xarici qastrol səfərlərində iştirak edəcəyi qeyd olunub.

Önümüzdəki aylarda teatrın “Mən-Dədə Qorqud: Epizod 1. Başlanğıc” tamaşası ilə Türkmənistanda və Qazaxıstanda keçiriləcək beynəlxalq teatr festivalında, Elçilik tamaşası ilə isə Özbəkistanda qastrol səfərində olacağı gözlənilir.

Qeyd edək ki, YUĞ Teatrı yeni mövsümü 30 sentyabr tarixində Xalq yazıçısı Anarın hekayəsinin motivləri əsasında rejissor Əbdülqəni Əliyevin quruluşunda hazırlanmış “Asılqan” tamaşası ilə açacaq.

Səhnə əsərində aktyorlar Elşən Əsgərov və Nigar Mürsəlova çıxış edir. Tamaşanın quruluşçu rəssamı Əfşan Əsədova, rejissor assistenti isə Məryəm Qələndərovadır.

# 79 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər