"Sənətdə özünüzü deyil, özünüzdəki sənəti sevin..." - Stanislavskidən aforizmlər

"Sənətdə özünüzü deyil, özünüzdəki sənəti sevin..."  - Stanislavskidən aforizmlər
7 avqust 2026
# 13:20

Bu gün görkəmli rus teatr rejissoru və aktyor Konstantin Stanislavskinin anım günüdür.

Kulis.az onun məşhur aforizmlərini təqdim edir.



“Sənətdə özünüzü deyil, özünüzdəki sənəti sevin”.

***

“Kiçik rollar yoxdur, kiçik aktyorlar var”.

***

“Rol oynamayın, səhnədə yaşayın”.

***

“Teatr qarderobdan başlayır”.

***

“Təxəyyül aktyorun ən böyük mühərrikidir; o olmadan səhnədə canlı həyat yarana bilməz”.

***

“Səhnədə hər şeyə inanmalısınız; inam olmayan yerdə sənət də yoxdur”.

***

“Ən böyük ustad təbiətdir, aktyor sadəcə onun qanunlarını səhnəyə köçürür”.

***

“Səhnədə həqiqət —-sizin həqiqətən hiss etdiyiniz və tamaşaçını inandırdığınız şeydir”.

***

“Aktyor eyni zamanda həm yaradıcı, həm də öz yaradıcılığının materialıdır”.

***

“Yaradıcılıq intizamdan başlayır; daxili intizamı olmayan aktyor səhnədə azad ola bilməz”.

# 115 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər