Səhnəyə pişik çıxdı - Şekspirin faciəsində "xoşbəxt sonluq"

Səhnəyə pişik çıxdı - Şekspirin faciəsində "xoşbəxt sonluq"
12 iyun 2026
# 12:34

Kürən pişik Uilyam Şekspirin "Romeo və Cülyetta" faciəsinin teatr tamaşası zamanı qəfildən səhnəyə çıxıb.

Kulis.az xəbər verir ki, bu barədə balerina Tatyana Borger öz instaqram hesabında məlumat paylaşıb.

Rəqqasənin yayımladığı videoda pişiyin tamaşanın ən gərgin anında — Cülyettanın Romeonun cəsədi üzərində ağladığı vaxt səhnəyə daxil olduğu görünür. Lakin faciəvi kulminasiya əvəzinə, tamaşaçılar heyvanın aktyorun saçları ilə oynamağa, hətta bəzi anlarda onu dişləməyə başladığını görüblər. Bu gözlənilməz hadisə zalda gülüşə səbəb olub.

Videoda kadr arxasındakı şəxsin baş verənlərə məyusluqla belə reaksiya verdiyi eşidilir:

"O, saçla oynamağa, dişləməyə başlayır və bütün səhnəni korlayır".

Bununla belə, tamaşaçılar və sosial şəbəkə istifadəçiləri tamamilə fərqli fikirdədirlər. Onlar hesab edirlər ki, pişik bu kədərli hekayəyə əsl "xoşbəxt sonluq" bəxş edib.

# 99 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər