“Neft bumu hamıya gülümsəyir” tamaşasının məşqləri yekunlaşır

“Neft bumu hamıya gülümsəyir”  tamaşasının məşqləri yekunlaşır
12 yanvar 2026
# 13:09

Azərbaycan Milli Gənc Tamaşaçılar Teatrında hazırlanan Xalq yazıçısı Maqsud İbrahimbəyovun “Neft bumu hamıya gülümsəyir” pyesi əsasında eyniadlı yeni tamaşanın məşqləri yekunlaşmaq üzrədir.

Kulis.az xəbər verir ki, tamaşa yazıçının yaradıcılıq irsinə həsr olunmuş, 2025-ci ilin noyabrından 2026-cı ilin fevralınadək davam edən və Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən “Neft bumu hamıya gülümsəyir” festivalı çərçivəsində təqdim olunur.

Tamaşanın quruluşçu rejissoru Konstantin Soldatov, quruluşçu rəssamı Çingiz Babayev, xoreoqrafı Nigar İbrahimbəyli, səs dizaynı Konstantin Soldatov, Platon Soldatov, rejissoru Şövqi Hüseynovdur.

Səhnə əsərində Əməkdar artistlər Şövqi Hüseynov, Elnur Hüseynov, aktyorlar Bəhram Həsənov, Asya Atakişiyeva, Kərəm Hadızadə, Səbinə Məmmədzadə, Nurlan Süleymanlı, Manaf Dadaşov, Şəbnəm Hüseynova, Rəşad Səfərov, Rasim Cəfər, Ümman Budaqov, Mirzəağa Mirzəyev, Ramiq Nəsirov, Ədalət Əbdülsəməd, Hüseyn Bayramov, Mehriban Hüseynova iştirak edirlər”.

# 122 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər