Şəhid olanda atası ailə üzvlərini təbrik etmişdi – Xalq şairinin Milli Qəhrəman oğlu

Şəhid olanda atası ailə üzvlərini təbrik etmişdi – Xalq şairinin Milli Qəhrəman oğlu
13 avqust 2021
# 09:00

Bu gün Milli Qəhrəman Təbriz Xəlilbəylinin anım gündür. Kulis.az bu münasibətlə onun haqqında faktları təqdim edir.

Xəlilbəyli Təbriz Xəlil Rza oğlu 1964-cü il fevralın 12-də Bakı şəhərində - xalq şairi Xəlil Rza Uluturkün ailəsində anadan olub.

***

1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Kütləvi tamaşalar üzrə rejissor fakültəsində daxil olub.

Gallery

Cəbhəyə yollanan günə qədər Təbriz Xəlilbəyli C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında işıqçı işləyib.

***

O, 1991-ci ilin sonlarında o, könüllü olaraq cəbhəyə yola düşüb.

***

Cəsur döyüşçü kimi tanınan Təbriz Xəlilbəyli Xromort və Naxçıvanik kəndləri uğrunda gedən döyüşlərdə dəfələrlə qəhrəmanlıq nümunəsi göstərib. O, neçə-neçə yaralı əsgəri atəş altından çıxarıb, düşmənin xeyli canlı qüvvəsini məhv edib.

Gallery

Döyüş şücaətlərinə görə DİN-nin “Boz qurd” mükafatına layiq görülüb.

***

Anası Firəngiz Xəlilbəyli Təbrizlə bağlı xatirələrində deyir: “Təbriz uşaq olanda bir çarpayısı var idi, ayağa duranda Xəlil ona Nizami Gəncəvinin şəklini göstərib soruşurdu ki, “Kimdi bu?” Təbriz deyirdi ki, babadır. Xəlil ona belə bir şeir öyrətmişdi:

Kimdi ən böyük şair?
Mənim babam Nizami
Ən qəhrəman sənətkar,
İmadəddin Nəsimi”

***

İncəsənətə meyilli olan Təbriz kiçik yaşlarından musiqi ilə məşğul olub. Pianinoda ifa etməyi bacarır, rəsmlər çəkirdi.

***

Döyüşə gedəndə geridə həyat yoldaşı Sevinc xanım və iki qızı vardı; Gültac və Türkay.

Gallery

Atası Xəlil Rza Ulutürkün Təbrizin şəhid olması xəbərinə reaksiyası haqqında hələ də qürurla danışılır. O, Təbrizin dəfnində çıxış edərək deyib:
- Mən şəhid olmuş oğlum Təbrizin yastıq yoldaşı Sevinc xanımı təbrik edirəm! Onun Təbrizi vətənin müqəddəs torpağı uğrunda can verdi. Onun ölümü pak və müqəddəs ölümdür. Eşq olsun belə ölümə!

***

Təbriz Xəlilbəyli 1992-ci il yanvar 31-ində baş verən döyüşdə şəhid olub.

Gallery

Gallery

# 4306 dəfə oxunub

Müəllifin son yazıları

# # #