"Yazmaq mənim üçün dua etməyin bir formasıdır" - Frans Kafka haqqında maraqlı faktlar

"Yazmaq mənim üçün dua etməyin bir formasıdır" - Frans Kafka haqqında maraqlı faktlar
20 oktyabr 2025
# 17:00

Kulis.az Frans Kafka ilə bağlı maraqlı faktları təqdim edir.

Kafka heç vaxt özünü yazıçı kimi görməmişdi. O, yazmağı “gizli xəstəlik” adlandırırdı. Həyatı boyu sanki yazmağın zövqündən çox, yazdıqlarının yaratdığı qorxunu hiss edirdi.


O, gündüz məmur, gecə yazıçı idi. Sığorta şirkətində işləyirdi. Gündüz büroda sakit, itaətkar məmur, gecələr isə qaranlıq otağında dünyanın ən qəribə hekayələrini yazan cəsur yazıçıydı.

Qidalanmasına, yuxusuna və idmanına ciddi yanaşardı. Hətta vegetarian idi, lakin paradoksal şəkildə daima xəstəlik qorxusu ilə yaşayırdı.



Atası ilə münasibəti ömür boyu onu mənən əzmişdi. “Atama məktub” adlı əsər yazsa da, göndərməyə heç vaxt cəsarəti çatmayacaqdı. Həmin məktub əsərlərindəki “avtoritet qorxusunun” açarıdır.

Əslində Kafka heç bir kitabını çap etdirmək istəmirdi. Ölümündən əvvəl dostu Maks Broda vəsiyyət etmişdi: “Hər şeyi yandır.” Brod isə ona qulaq asmadı və bəşəriyyət bu gün Maks Broda minnətdardır.



Nişanlısı Felis Bauerlə beş il davam edən münasibətlərini “soyuq müharibə”-yə bənzətmək olardı. Kafka ondan qorxurdu. Daha doğrusu, onun timsalında evlilikdən və evliliyin gətirəcəyi məsuliyyətlərdən... bunları düşünmək onu boğurdu.

Kafka üçün yazmaq nəfəs almaq kimiydi. O, bir dəfə demişdi: “Yazmaq mənim üçün dua etməyin bir formasıdır.



Kafka üçün qadınlar həm cazibə, həm də təhlükə idi. Münasibətləri daim təzadlı idi. Arzu və tərəddüd arasında çırpınırdı.

"Kafkaest" anlayışı onun adı ilə bağlıdır. Həyatın absurdluğunu, sistemin içində insanın əzilməsini ifadə edən bir termin... Bu Kafkanın yaradıcılığını tamamiylə ifadə edir.



Kafka öz dövründə məşhur deyildi. Onun dahiliyi ölümündən sonra bilindi. Sağlığında çap etdirdiyi azsaylı əsərlər demək olar ki, diqqət çəkməmişdi.

Kafka yəhudi ailəsində doğulsa da, dini baxımdan ziddiyyətli idi. Bir tərəfdən yəhudi kimliyindən uzaqlaşmaq istəyirdi, digər tərəfdən onu tam tərk edə bilmirdi.



O, alman dilində yazırdı, amma alman ədəbiyyatına yad idi. Çexiyada doğulmuşdu, üstəlik alman dilində yazan yəhudi idi. Beləliklə, heç birinə tam aid deyildi.

Kafka mükəmməlliyə xəstə səviyyədə meyilli idi. Yazdığı bir cümləni bəzən 20 dəfə dəyişərdi. Heç vaxt razı qalmırdı.



Sakit və utancaq idi, amma gülmək xoşuna gəlirdi. Dostları deyirdi ki, yazdığı qaramat hekayələri onlara oxuyanda özü səs-küylə gülərmiş.

“Çevrilmə” hekayəsi bir gecədə yazılıb. Qreqor Samsanın böcəyə çevrildiyi bu əsər Kafka üçün daxili təcridin simvolu idi və şəxsi təcrübələri ilə birbaşa bağlıydı.



Kafka ömrünün son illərində vərəm xəstəliyindən əziyyət çəkirdi. O qədər zəifləmişdi ki, danışmaq belə ağrı verirdi. Son sözlərini pıçıltı ilə demişdi.

O, ölümə “azadlıq” kimi baxırdı. Həyatdan yox, onun əzablarından xilas olmaq istəyirdi. .

# 282 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər