Tələbəsinə aşiq olan, 20 Yanvarda adamları ölümdən qurtaran aktyor – Maraqlı faktlar

Tələbəsinə aşiq olan, 20 Yanvarda adamları ölümdən qurtaran aktyor – Maraqlı faktlar
23 avqust 2019
# 15:45

Bu gün 23 avqust görkəmli aktyor, rejissor Şahmar Ələkbərovun anım günüdür. Kulis.az bu münasibətlə onun haqqında maraqlı faktları təqdim edir.

Şahmar orta məktəbi bitirəndə ailəsi elə bilir ki, sənədlərini şərqşünaslıq fakültəsinə verəcək. Əksini eləyəndə anası çox əsəbiləşir. O, oğlunun aktyor olmağını istəmirdi.

***

Image result for Şahmar Ələkbərov

Teatr İnstitutunda təhsil alır. Üçüncü kursda oxuyarkən əfsanəvi Rza Təhmasibdən dərs alır. Sonra isə Milli Dram Teatrına dəvət olunur. Tələbə Şahmar teatrda bir neçə uğurlu rollardan sonra daha bir ustadın diqqətini çəkməyi bacarır. Adil İsgəndərov onu təsisçisi olduğu kinoaktyor studiyasına dəvət edir. Məhz bu dəvət Ələkbərovun həyatı və karyerasında dönüş nöqtəsi olur.

***

Onu “Yeddi oğul istərəm” filmindən Qəzənfər, “Axırıncı aşırım”dan İman, “Qatır Məmməd”dən Gəncəbasarlı qisasçı, “Arxadan vurulan zərbə”dən Gündüz Kərimli, “Babək”dən Cavidan, “Atları yəhərləyin”dən İbrahim kimi onlarla maraqlı və fərqli obrazlarından tanımışıq.

***

Image result for Şahmar Ələkbərov

İnstitutu tamamladıqdan sonra elə burdaca müəllim-assistent kimi işləməyə başlayır. Çalışdığı vaxt tələbəsi olduğu qıza aşiq olur. Kamilla xanım başlanğıcda onun sevgisinə laqeyd yanaşır. Tələbəsi onunla ailə qurmaq istəmir. Nəhayət, dörd ildən sonra bu nikah baş tutur. Bu evlilikdə Kamilla xanımın nənəsinin rolu böyük olur.

***

Aktyor kimi fəaliyyətinə 1967-ci ildən başlayır. Dövrün rejissorlarından Kamil Rüstəmbəyov “Dağlarda döyüş” filminin çəkilişlərindən əvvəl Fərrux obrazına bir neçə aktyoru sınaqdan keçirir. Nəticədə hələ 24 yaşında olan Şahmarı seçir. Həmin filmə baxan tamaşaçıların əksəriyyəti xarakterli, xarizmatik kişi rolu yaradan Şahmarın 24 yaşının olmasını ağıllarına belə gətirmirlər.

***

Image result for Şahmar Ələkbərov

Bir dəfə Adil İsgəndərovun qəbuluna girir. Əlində ssenarisi ilə. Deyir, Adil müəllim, bəs, film çəkmək istəyirəm. Adil İskəndərov bir az ora-bura baxır, Şahmarı süzür və dillənir: “Qadam, sənin nə gözəl pencəyin var.” - deyir. Ayağa qalxır, yanına yaxınlaşır, pencəyin parçasına toxunur: “Gözəl materialı var, gəlsənə bundan birini də mənə tikdirək?”

Şahmar başa düşür ki, məsələ nə yerdədir və bir müddət rejissorluq barəsində düşünmür.

Hazırki əsas şəkil

***

“Sahilsiz gecə” filminin hər çəkilişindən sonra evə qayıdanda üzündə “pomada” izləri olurdu. Həyat yoldaşı Kamilla xanım soruşanda ki, bu nədir belə, deyirdi, nə edim, studiyaya gələn kimi aktrisaların hamısı qucaqlayıb öpür.

***

Image result for Şahmar Ələkbərov

Stomatoloqun yanına gedəndə bədbəxtlikdən dilində yara çıxmışdı. Çoxları bunu zəhərlənmə hesab edirdi. Çəkilişlərdə soyuqladığı üçün xoraya çevrilmişdi. Ciddi, bir qədər də mürəkkəb müalicə alır, ağrılarına dözürdü. İradəli, dözümlü kişi idi. Rejissor kimi də bir neçə filmə imzasını qoyan Şahmar çəkdiyi son filmin ekran variantını da görə bilmir. Zəhərlənmə onun ölümünə səbəb olur. Cəmi 48 il yaşasa da canlandırdığı obrazlarla, çəkdiyi filmlərlə əbədi olaraq kino tariximizin yaddaşına köç edir.

***

Image result for Şahmar Ələkbərov

Şahmar kinostudiyanın yaxınlığında yaşayırdı. “20 Yanvar” hadisələrində tanklar şəhərə girib dinc xalqa hücum edəndə, o xəstəhal vəziyyətdə onlarla insanı güllələrin altından xilas edib evində saxlayırdı.

***

Image result for Şahmar Ələkbərov

Xərçəng olduğu müddətdə daha çox işləyir, sanki hiss edirdi ki, dünyadan tez köçəcək. Ona görə də sənətə töhfə vermək istəyirdi. Rejissoru olduğu “Sahilsiz gecə” filminə görə qınaqlara səbəb olmuşdu. Film Zibeyda adlı fahişə qadının həyatından bəhs edirdi.

# 4676 dəfə oxunub

Müəllifin son yazıları

# # #