AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun direktor müavini, tarix üzrə fəlsəfə doktoru Tofiq Nəcəflinin yeni kitabı çapdan çıxıb.
APA-nın xəbərinə görə, “Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətləri” adlanan monoqrafiyada XV əsr Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixinin müasir Türkiyə tarixşünaslığında tədqiqi səviyyəsi öyrənilib.
Əsərdə Qaraqoyunlu və Ağqoyunlu tayfalarının mənşəyi, Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin ictimai-iqtisadi və siyasi tarixi, dövlət quruluşu, hərbi və idarə sistemi, Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin Teymuri, Osmanlı və Misir Məmlük dövlətləri ilə qarşılıqlı əlaqələrinin Türkiyə tarixində tədqiqi səviyyəsi araşdırılıb və dövrün mənbələrindən istifadə edilərək təhlil edilib.
- Mirmehdi Ağaoğlu: “Bu axmaqlığı hamı edir”
- Xəyanət görən qadınların rəmzi – Orxan Adıgözəl yazır...
- Bakıda 2 mədəniyyət abidəsi söküləcək.
Monoqrafiya tarixçilər, Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixini öyrənən tələbələr, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub.