“Azdrama”dan uşaqlara hədiyyə: “ÇİPPOLİNO”

“Azdrama”dan uşaqlara hədiyyə: “ÇİPPOLİNO”
31 may 2017
# 17:13

Akademik Milli Dram Teatrı 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə azyaşlı tamaşaçıları məşhur “Çippolino” tamaşası ilə sevindirəcək.

Teatrın mətbuat katibi Cavid Zeynallının Kulis.az-a verdiyi məlumata görə, səhnə əsəri məşhur italyan yazıçısı və jurnalisti Canni Rodarinin “Çippolino” əsəri əsasında hazırlanıb:

“Tamaşanın rejissoru, musiqi tərtibatçısı və yeni səhnə redaksiyasının müəllifi Əlif Cahangirli, rəssamı əməkdar mədəniyyət işçisi İlham Əsgərov, xoreoqrafı Lalə Hacıyeva, rejissor assistentləri Nərmin Həsənovadır. Canni Rodari “Çippolinonun macəraları” kitabı ilə dünya şöhrəti qazanıb. Tezliklə populyarlaşan bu əsərə 1961-ci ildə ilk cizgi filmi, 1973-cü ildə isə “Çipollino” nağıl-filmi çəkilib. Tamaşada C. Rossinin musiqilərindən istifadə edilib. Tamaşaya ilkin baxış keçirilib və səhnə tərtibatı, rejissoru işi, musiqi həlli baxımından çox böyük maraqla qarşılanıb, haqqında müsbət fikirlər səslənib. Əlif Cahangirli Akademik Milli Dram Teatrının gənc və istedadlı rejissorudur və inanırıq ki, səhnə əsərimiz uşaqların sevimli tamaşalarından birinə çevriləcək, onlar balaca Çippolinonun macəralarını böyük sevgi və maraqla qarşılayacaqlar”.

Qeyd edək ki, səhnə əsərində aktrisa Xədicə Novruzlu (Çippolino), əməkdar artistlər Əlvida Cəfərov (Ata Soğan), Mirzə Ağabəyli (Usta Kudu), Məzahir Cəlilov (Üzüm əmi), Rüstəm Rüstəmov (Sinyor Pomidor), aktyorlar Rəşad Bəxtiyarov (Vəliəhd Limon), Cümşüd Zeynalov (Professor Armud), Dilarə Nəzərova (Qaragilə), əməkdar artistlər Mehriban Xanlarova və Sevinc Əliyeva (Albalılar), aktyorlar Ramin Şıxəliyev (Kaktus), Vüsal Mustafayev (Qraf Albalı), Ziya Ağa (Xəfiyyə Yerkökü), Ümman Budaqov (I Limon), İmran Qurbanov (II Limon), Ənvər Məmmədov (Lobya) çıxış edirlər

# 939 dəfə oxunub

Müəllifin son yazıları

# # #