Kulis.Az Azərbaycan filmlərinin ən məşhur replikalarını təqdim edir.
- Heç hənanın yeridir? (O olmasın bu olmasın)
 

- Partkomu Şirzad olanın komsomolu da sənin kimi olar. (Böyük dayaq)
 

- Evin kişisini soruşarlar. (Axırıncı aşırım)
 

- Sən gecələr yat, ay Qurban! (Tütək səsi)
 
- Bu kino ki var, çox qəliz məsələdir. Həm qəlizdir, həm də ki, vacib. (Bəyin oğurlanması)
 

- Bunu heç bir vicdansız alverçi eləməzdi... Amma sən elədin! (Yol əhvalatı)
 
- Söhbət sosiskada deyil e, “vnimatelni” olmaqdadır. (Uşaqlığın son gecəsi)
 

- Fransız xalqı kef edir. (Şərikli çörək)
 
\
- Ata, sən dezirtirsən? (Bizim Cəbiş müəllim)
 

- Yox, bir qaşdaldaq! (Görüş)
 
- Tələsmə, Zaur, tələsmə! (Təhminə)
 

- Axır ki, bir alim ərə rast gəldim. (Ulduz)
 

- Kolxozçu da deputat kimi danışır. (Əhməd haradadır?)
 
- Düşmənimə də əsir həyatı arzulamıram. (Fəryad)
 
- Araq iyi bizim redaksiyalarda ən təbii iydir. (Bəxt üzüyü)
 

- Mənim alman zabiti ilə görüşüm var. Axşam saat doqquzda! (Uzaq sahillərdə)
 

- Vəsf et məni, şair! (Nəsimi)
 

- İndi Hüseynova bacıları öz məharətlərini göstərəcəklər. (Bəxtiyar)
 

- Kişinin də qoluna qandalı gərək kişi vursun. (Qaçaq Nəbi)
 

- Qərib, bizə çörək ver. (Qərib cinlər diyarında)
 

- Primus düzəldirəm. (Onu bağışlamaq olarmı?)
 

- Mənim havamı çal... Heyvagülü... (Qanun naminə)
 
- Qasım, Qasım, Qasım gəlir. (Kişi sözü)
 

- Rəşid, gülümsə. Zərifə, qızları qucaqla. (Sehrli xalat)
 

- Nə var e, ay bala, ay bala. Yox, bir Əlibala... (Baladadaşın ilk məhəbbəti)
 

- Qurd Cəbrayıl, çıx bayıra. (Arxadan vurulan zərbə)
 
- Yenə intelligentlər yığılacaq. Kəllə dolu, cib boş. (Qaynana)
 

- İgid mənə muraz ver! (Dədə Qorqud)
 
- Niyə, müsəlman olmaq istəmirsən? (Fransız)
 
- Heç bu qədər də barıt qoyarlar? (Dərviş Parisi partladır)
 
