Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi mayın 9-da, respublikanın əməkdar artisti Xanım Qafarovanı ziyarət ediblər.
Kulis.az-a bu barədə teatrdan məlumat veriblər.
Ziyarətin məqsədi, aktrisanı doğum günü münasibətilə təbrik etmək olub.
- Məşhur aktrisa bu dəfə mahnılarını satışa çıxarıb - Foto
- Gənc Tamaşaçılar Teatrı yeni mövsümü “Şirinlər” tamaşası ilə açacaq
- “Xəzər” jurnalının yeni nömrəsi işıq üzü görüb
Xanım Qafarova ziyarətçiləri öz minnətdarlığını çatdırıb.
“Teatr kollektivi sağ olsun, məni heç vaxt unutmayıb, hər çətin anımda yanımda olublar. Ad günü təbriki də mənə xoş bir sürpriz oldu. Özəlliklə gənclərin ziyarətini mən, sənətə, sənətkara verilən dəyər kimi qiymətləndirirəm” - deyə bildirən aktrisa, həmkarları ilə növbəti görüşün səhnədə olması arzusunu dilə gətirdi.