“Ulduz müharibələri”nin 9-cu hissəsi çəkilir

“Ulduz müharibələri”nin 9-cu hissəsi çəkilir
26 fevral 2018
# 09:23

“Ulduz müharibələri“ filminin doqquzuncu hissəsinin çəkilişləri bu ilin iyul ayında baş tutacaq. Kulis.azın rus mətuatına istinadən verdiyi xəbərə görə bu barədə filmin rejissoru Cey Cey Abrams deyib.

Onun sözlərinə görə ssenari artıq hazırdır.

Xatırladaq ki, “Ulduz müharibələri”nin təqdimatı 2019-cu ildə nəzərdə tutulub.

“Ulduz müharibələri” kult kosmik saqasının ilk filmi 1977-ci ildə ekranlara çıxıb. Onu Corc Lukas çəkib. 1983-cü ilə qədər daha iki hissə təqdim edilib. 1990-cı ildə bura yenidən üç film əlavə edilib, 2015-ci ildə isə Abramsın “Ulduz müharibələri: Gücün oyanışı” filmi çıxıb. Kinosaqanın səkkizinci epizodu ötən ilin dekabrında nümayiş olunub.

# 1220 dəfə oxunub

Müəllifin son yazıları

# # #