Cem Yılmazın bir söyüşü 4500 manat imiş

Cem Yılmazın bir söyüşü 4500 manat imiş
8 may 2014
# 11:31

Cem Yılmaz “Artı 1” televiziyasında çıxışında işlətdiyi söyüşə görə Radio Televiziya Üst Qurumu tərəfindən cəzalandırılıb.

Radio Televiziya Üst Qurumu kanalı 12 min türk lirəsi (4500 AZN) cərimələyib.

Cem Yılmaz filmlərin çəkiliş meydançalarında bekar adamlardan bəhs edərkən “əli g*tündə” arqo ifadəsini istifadə etmişdi.

Ona xəbərdarlıq edən aparıcıya “cəriməni özüm ödəyərəm” deyən məşhur aktyorun bu məbləği özü ödəyəcəyi gözlənilir.

Qanunvericiliyə görə isə cəriməni telekanal ödəməlidir.

# 1951 dəfə oxunub

Müəllifin son yazıları

# # #