Gənc yazar Cəlil Cavanşir “virtualaz”a müsahibəsində Yazıçılar Birliyinin sədr Anar Rzayevi və onun katiblərinə ağır ittihamlar ünvanlayıb.
C.Cavanşir müsahibəsində deyib: “AYB-nin üzvü olmağım mümkün deyil. Anarın, Fikrət Qocanın, Çingiz Abdullayevin qılıncının altından keçib minnət götürməyi özümə sığışdırmıram. AYB tezliklə ləğv olunsun, ədəbiyyatımız bu şər, məkr, qisasçılıq yuvasından xilas olsun”.
Məsələ ilə bağlı AzNews.az-a danışan AYB-nin katibi, xalq şairi Fikrət Qoca gənc yazarı demoqoqluq etməkdə qınayıb: “Yazıçılar Birliyində istedadlı adamlara həmişə ehtiyac var. Bunlar isə istedadsız adamların işidir. Bekarçılıqdan nə gəldi danışırlar. Nə qılınc? Hansı qılınc? Kim kimin qılıncının altından keçir? Yazıçı da kiminsə qılıncının altından keçər? Əgər Cəlil bizim qılıncın altından keçmək istəmirsə, getsin başqasının, özü də ona sərf edən insanın qılıncının altından keçsin. Bu onun öz işidir, mənim müasir gənclərimə bax, dar düşüncəli adamlardır. Həmişə belələri səsinə güc verir”.
Belə düşünən gənclərlə işinin olmadığını deyən F.Qoca bildirib ki, bununla belə, gənclərin arasında yaxşıları da var və AYB hər il onların 20-nə taqaüd verir: “Özü də onlar çox istedadlıdırlar, kitabları da çıxır. Həmin gənclər və AYB bunlar kimi demaqoqluq və dedi-qodu ilə məşğul olmurlar. Yazıçılıq başqa sənətdir, oturub işləmək lazımdır, ona-buna şər atmaq deyil”
Fikrət Qoca gənc yazara cavab verdi
Müəllifin son yazıları
Cim Kerri təqaüdə çıxmaq qərarından imtina etdi - Səbəb
10:50
7 avqust 2026
26 illik qazıntı bitdi - Türkiyədəki ərazi UNESCO-nun siyahısına daxil edildi
10:26
7 avqust 2026
"İnsanın adını dəyişməklə taleyini də dəyişmək olarmı?" - Rabindranat Taqorun "Fəlakət" romanından fəsillər
10:00
7 avqust 2026