“Yazı” dərgisinin əlavəsi çap olunub

“Yazı” dərgisinin əlavəsi çap olunub
5 mart 2014
# 11:11

“Yazı” ədəbiyyat dərgisinin əlavəsi çapdan çıxıb. Xüsusi buraxılış yazıçı Azad Qaradərəlinin 60 illiyinə həsr olunub. Xüsusi buraxılışda yazıçının yaradıcılığından nümunələr, habelə onun ədəbi düşüncələri yer alıb. Eyni zamanda ayrı-ayrı vaxtlarda A. Qaradərəlinin özü və əsərləri haqqında tənqidçilərin, habelə qələm dostlarının fikirləri dərc olunub. Bundan əlavə yazıçının ömür yolunu əks etdirən maraqlı fotoları da dərginin əlavəsində görmək olar.

# 1288 dəfə oxunub

Müəllifin son yazıları

# # #