Ayşad Məmmədov festivalda mükafat aldı

Ayşad Məmmədov festivalda mükafat aldı
8 avqust 2017
# 14:54

Əməkdar artist Ayşad Məmmədov beynəlxalq festivalda mükafat alıb.

Kulis.az-ın verdiyi xəbərə görə, Bolqarıstanın Varna şəhərində keçirilən Beynəlxalq Monotamaşalar Festivalında “İuda” tamaşası ilə iştirak edən aktyor Ayşad Məmmədov tamaşadakı İuda roluna görə mükafat və diplomla təltif olunub.

Aktyorun söylədiyinə görə, tamaşa çox bəyənilib və Sofiyaya dəvət alıb.

Xatırladaq ki, “İuda” aktyor Ayşad Məmmədovun yazdığı pyesdir. Tamaşanın rejissoru Anar Babalıdır, baş rolun ifaçısı Ayşad Məmmədovdur. Monotamaşanın qəhrəmanı dini mətnlərdən tanıdığınız İudadır.

# 998 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #