Məmməd İsmayılın 75 yaşı qeyd olunacaq

Məmməd İsmayılın 75 yaşı qeyd olunacaq
7 noyabr 2014
# 12:20

11 noyabr, saat 18-də Aktyorlar Evində tanınmış şair Məmməd İsmayılın 75 illik yubileyi keçiriləcək.

Tədbirdə millət vəkilləri, tanınmış ədəbiyyat və mədəniyyət xadimləri, ziyalılar, şeirsevərlər, şairin yaxınları və dostları iştirak edəcək. Yubiley gecəsində M.İsmayılın sözlərinə bəstələnən mahnılar səslənəcək, saz musiqisi ifa olunacaq.

Eyni zamanda onun yeni kitabları təqdim ediləcək.

Maraqlananlar iştirak edə bilər.

# 1291 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #