Svetlana Turan oxucularla görüşəcək

Svetlana Turan oxucularla görüşəcək
28 fevral 2013
# 18:47

Martın 2-də "Yeni Üfüq" Mənəvi İrsin Təbliği İctimai Birliyinin "Yazarlar ilə görüş" layihəsinin növbəti qonağı yazar Svetlana Turan olacaqdır.

Oxucuları ilə görüş zamanı Svetlana Turanın 2011-ci il Milli Kitab Müsabiqəsinin Uzun siyahısına düşmüş "Dalğa" romanı, bundan başqa hekayələri, habelə dünya ədəbiyyatından tərcümə etdiyi kiçik həcmli bədii əsərlər müzakirə olunacaq.

Məlumat üçün bildirək ki, Svetlana Turan kulis.az saytını əməkdaşıdır.

Görüş saat 15:30-da Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun Akt zalında keçiriləcəkdir.

Unvan: Bakı şəhəri, Çəfərov qardaşları 16 (“İçərişəhər” metro stansiyasının yanı)

# 2081 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #