Məmməd Aslan Masazırda dəfn olunub

Məmməd Aslan Masazırda dəfn olunub
23 sentyabr 2015
# 13:38

Şair Məmməd Aslan Masazırda Kəlbəcərdən olan məcburi köçkünlərin qəbiristanlığında dəfn edilib.

Şairin nəvəsi Məmməd Kamalın APA-ya verdiyi məlumata görə, dəfn mərasimində şairin doğmaları, qələm dostları, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, M. Aslan dünən 75 yaşında dünyasını dəyişib. Şair uzun müddət ağciyər xəstəliyindən əziyyət çəkib.

# 779 dəfə oxunub

Müəllifin son yazıları

# # #