Kiplinqin itmiş şeirləri tapıldı

Kiplinqin itmiş şeirləri tapıldı
3 mart 2013
# 23:24

İngilis şair, yazıçı Redyard Kiplinqin bu vaxta qədər itmiş hesab olunan 50-ə yaxın şeiri üzə çıxıb.

Kulis.azın haberturk.com saytına istinadən məlumatına görə Kaliforniya Universitetinin əməkdaşı akademik Tomas Pinney şeirləri tapıb. Həmin şeirlər şairin digər 1300 şeiri ilə birgə martda dərc olunacaq kitabında yer alacaq. Kitab universitetin nəzdindəki nəşriyyatda çap olunacaq.

İtmiş olduğu hesab olunan şeirlər ailə arxivindən və Manhettandakı bir evdən tapılıb.

1865-ci ildə Bombeydə professor ailəsində doğulmuş Kiplinq ingilis ədəbiyyatının ən böyük simalarından hesab olunur. O, 1907-ci ildə ədəbiyyat sahəsində Nobel mükafatına sahib olmuşdur.

Siyasi görüşlərinə görə kəskin tənqid olunan yazıçını Corc Orvel “İngilis imperializminin peyğəmbəri” adlandırmışdı.

# 1679 dəfə oxunub

Müəllifin son yazıları

# # #