“Çölçü” beynəlxalq festivalda

“Çölçü” beynəlxalq festivalda
18 oktyabr 2017
# 10:36

“Azərbaycanfilm”in istehsalı olan “Çölçü” filmi Çikaqo beynəlxalq art-house film festivalının (CHICAGO INTERNATIONAL ART-HOUSE FILM FESTIVAL BLOWUP FILM FEST ) müsabiqəsini uğurla adlayaraq finala çıxdı. Bu barədə Kulis.aza filmin rejissoru Şamil Əliyev məlumat verib.

Bu mərhələdə film “Ən yaxşı bədii film” və “Ən yaxşı rejissor” mükafatları uğrunda namizəd kimi mübarizə aparacaq:

Mükafatlandırma mərasimi 2017-ci il noyabrın 12-də keçiriləcək.

Qeyd edək ki, “Çölçü” bədii filmi indiyədək 32 beynəlxalq kinofestivalında və forumlarda iştirak edib, müxtəlif mükafatlara, o cümlədən diplomlara layiq görülüb.

Film, həmçinin 86-cı “Oskar” mükafatının uzun siyahısında Azərbaycanı təmsil edib.

# 988 dəfə oxunub

Müəllifin son yazıları

# # #