Çölçü Kosovoya açıldı

Çölçü Kosovoya açıldı
11 aprel 2016
# 16:33

Kosova Respublikasının Prizen şəhərində də “Çölçü klubu”nun açılışı olub. Klub Azərbaycanda olan Çölçülərlə koordinasiyalı şəkildə hərəkət edəcək.

Kulisin məlumatına görə klubun başqanı İsmayıl Kazaz klubun açılış toplantısında cıxış edərək deyib ki, bəşəriyyət daima təbiətlə harmoniya barədə Çölçü ideyaları onu cəlb etdiyi üçün belə bir addım atıb.

Qeyd edək ki, Çölçü Azərbaycanda 2015-ci ildən fəaliyyət göstərir.

Klubun məqsədi fərdi inkişaf etmək istəyən milli təfəkkürlü işgüzar və yaradıcı adamları birləşdirməkdir.

Bunun üçün klub zərərli vərdişləri tərgitmək təlimləri, maraqlı yerlərə səyahətlər, yürüşlər, müxtəlif sosial layihələr həyata keçirir.

Klubun yaradıcısı rejissor Eltən Qədimbəylidir.

# 823 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #