Polşada Nizami Gəncəvinin xatirəsinə konsert təşkil olunub

Polşada Nizami Gəncəvinin xatirəsinə konsert təşkil olunub
11 oktyabr 2021
# 19:01

Polşanın Kaliş şəhərində Azərbaycan Dövlət Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Azərbaycanın Əməkdar artisti Əyyub Quliyevin dirijorluğu ilə Nizami Gəncəvinin 880 illiyinin qeyd edildiyi dövrdə dahi Azərbaycan şairinin xatirəsinin də anıldığı “Azərbaycan Notası - Simfonik Konsert”i baş tutub.

Kulis.az xəbər verir ki, Kaliş Filarmoniyasının Simfonik Orkestri və solist, tanınmış viola ifaçısı, Qdansk Musiqi Akademiyasının dosenti Kşıştof Timendorfun ifasında keçirilmiş konsertin proqramın Polşada ilk dəfə olaraq səslənən dahi bəstəkarlarımız Fikrət Əmirovun “Nizami” və Qara Qarayevin “Yeddi gözəl” baletlərindən nümunələrlə yanaşı, E.Bloxun “Hebru” suitası, P.Çaykovskinin “Andante cantabile” və 6-cı “Patetik” simfonik əsərləri yer alıb.

Konserti təşkilati məsələlərdə yaxından iştirak etmiş Kaliş şəhərinin Vitse-prezidenti Qjeqoj Kulavenik və tanınmış polyak dirijoru Pavel Kotla, o cümlədən polşalı musiqisevərlər və Polşada yaşayan həmyerlilərimiz izləyib.

# 4139 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #