Bakıda caz müsabiqəsi elan olunub

Bakıda caz müsabiqəsi elan olunub
27 iyul 2021
# 17:09

“Bakı Jazz” Beynəlxalq Caz Festivalı çərçivəsində gənc ifaçılar üçün “I Am Jazzman!” adlı müsabiqə elan olunub.

Kulis.az xəbər verir ki, müsabiqə 14-30 yaşlı musiqiçilər üçün nəzərdə tutulub.

Seçim turu iki mərhələdən ibarət olacaq, burada peşəkar münsiflər heyəti istiqamət verəcək və iştirakçının musiqi biliklərini qiymətləndirəcək. Müsabiqədə koordinator və müəllimlər işləyəcəklər.

Birinci yerin qalibinə mükafat olaraq 1 min manat məbləğində pul veriləcək.

Müsabiqədə iştirak etmək istəyənlər Nizami 90A, Landmark, 22 mərtəbə ünvanına yaxınlaşaraq müraciət edə bilərlər.

azertag.az

# 1695 dəfə oxunub

Müəllifin son yazıları

# # #