"Sənin adın qışda qarı öpməkdi" - Günün şeiri

"Sənin adın qışda qarı öpməkdi" - Günün şeiri
8 oktyabr 2025
# 18:11

Bu gün rus şair Marina Svetayevanın doğum günüdür. Kulis.az bu münasibətlə müəllifin Aleksandr Bloka həsr etdiyi "Sənin adın" şeirini təqdim edir.


Sənin adın – quş kimidi əlimdə,

Sənin adın – buz kimidi dilimdə.

Sənin adın – hərflərin beşidi*,

Dodağımın bircə tərpənişidi.

Cingildəyən gümüş zınqırovdumu?

Havadaca tora düşən topdumu.

Sənin adın – bu bahar gecəsində

Çöldən keçən atların nal səsində.

Sakit gölə bir daş atsam bu gecə

Qulağıma sənin adın gələcək.

Gicgahıma güllə sıxsam qəfildən,

Adın qopar şaqqıldayan tətikdən.

Sənin adın – necə deyim, ax, necə?! –

Yuxulu gözdən bir öpüşdü gizlicə.

Sonra çıxıb tez qapını örtməkdi.

Sənin adın – qışda qarı öpməkdi.

Bircə qurtum sərin sudu, sərin su…

Və lap dərin bir yuxudu, bir yuxu.


* İnqilabdan əvvəl Blok adı beş hərfli idi (Блокъ)

Tərcümə edən: Ramiz Rövşən

# 479 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər