Hər anın içində möcüzələr var - Leyla Əliyevanın şeiri

Hər anın içində möcüzələr var - Leyla Əliyevanın şeiri
1 dekabr 2025
# 18:10

Kulis.az Baba Vəziroğlunun tərcüməsində Leyla Əliyevanın "Bu gün" şeirini təqdim edir.


Dünyanın ən gözəl günüdür - bu gün,
Bu yolda çiçək də, tikan da bitər.
Bir üzü kədərdir, biri toy-düyün,
Bu gün nəyin varsa, şükr elə, yetər.

Ahımız, dərdimiz çəkilər göyə,
Bizim halımıza göylər ağlayar.
Bu günün qədrini bilmirik niyə?
Hər anın içində möcüzələr var.

Niyə qorxuruq ki, şər qüvvələrdən,
Bəlkə də insanın tor gözündədir.
Bu günü, bu anı gözəl yaşa sən,
Həyat da, cənnət də yer üzündədir.

Çox zaman fikirli olursan sən də,
Hədər ötürürsən günü, anı sən.
Nə qədər xoşbəxtlik, nur var içində,
Çalış ki, özünü yaxşı tanı sən.

Yenə Günəş doğur, bax, sökülür dan,
Qara buludları görüb çəkmə ah.
Bu gün nəyin varsa, şükr elə, inan!
Daha aydın, nurlu gələcək sabah!..

# 134 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər