Hələ də sevirəm, sevirəm səni - Nüsrət Kəsəmənli

Hələ də sevirəm, sevirəm səni - Nüsrət Kəsəmənli
10 iyun 2026
# 10:20

Kulis.az Nüsrət Kəsəmənlinin "Hələ də sevirəm, sevirəm səni" şeirini təqdim edir.

Günəşsən göylərdən enməyəcəksən
Sənsiz nə çəkirəm bilməyəcəksən
Bilirəm bir daha dönməyəcəksən
Hələ də sevirəm, sevirəm səni.

Bu bahar könlümə qəmi,
Mən oldum dəryada yelkənsiz gəmi,
Çiçəklər baharı sevdiyi kimi
Hələ də sevirəm, sevirəm səni.

Gedişin nə yaman agırmış, ağır
Qulağıma səsdir, adımı çağır
Üstümə qəm dolu yağışlar yağır
Hələ də sevirəm, sevirəm səni.

Gözlərim yoldadır qulağım səsdə
Ümidim çırpınır bir daş qəfəsdə,
Baş qoyub həsrətin qolları üstə,
Hələ də sevirəm, sevirəm səni.

# 100 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər