Ziya Ağa "Azdrama"ya qayıtdı

Ziya Ağa "Azdrama"ya qayıtdı
8 may 2024
# 16:00

Aktyor, Prezident mükafatçısı Ziya Ağa bundan sonra yaradıcılıq fəaliyyətini müstəqil "M" Teatrı və YUĞ Teatrı ilə yanaşı, yenidən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında davam etdirəcək.

Kulis.az xəbər verir ki, o, 2016-ci ildən 2023-cü ilə qədər Akademik Milli Dram Teatrında bir çox tamaşalarda irili-xırdalı obrazlarla çıxış edib.

Aktyor H.Cavidin "İblis" əsəri əsasında yeni hazırlanan tamaşada Arif obrazının məşqlərinə başlayıb.

Məlumat üçün bildirək ki, yeni tamaşanın quruluşçu rejissoru teatrın bədii-rəhbəri və baş rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadədir.

# 265 dəfə oxunub

Müəllifin son yazıları

# # #