Britaniya Muzeyində növbəti qalmaqal: Tsin sülaləsinə aid nadir çini qablar sındırıldı

Britaniya Muzeyində növbəti qalmaqal:  Tsin sülaləsinə aid nadir çini qablar sındırıldı
15 oktyabr 2026
# 18:00

Britaniya Muzeyində nümayiş etdirilən Tsin sülaləsi dövrünə (imperator Kansi erası, XVII–XVIII əsrlər) aid iki qiymətli Çin farfor eksponatı vitrindən düşərək zədələnib.

Kulis.az xəbər verir ki, Ser Persival Devidin kolleksiyasına daxil olan göy-ağ naxışlı kasanın rəfdən sürüşərək digər nadir eksponata çırpılması nəticəsində hər iki tarixi əşya təcili bərpa şöbəsinə göndərilib.

Hadisə Çinin sosial mediasında və mədəniyyət dairələrində kəskin etiraz doğurub, istifadəçilər "əgər qoruya bilmirsinizsə, tarixi sərvətləri Çinə qaytarın" tələbi ilə çıxış ediblər.

# 108 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər