Dünya incəsənət bazarının əsas mərkəzlərindən olan 24-cü "Frieze London" və "Frieze Masters" sərgiləri (14–18 oktyabr) Londonun "Regent's Park" məkanında 43 ölkədən 176 qalereyanın iştirakı ilə öz işinə başlayıb.
Kulis.az xəbər verir ki, builki yarmarkanın ən prestijli mükafatı — "Frieze London Artist Award 2026" Afinada yaşayan yunan rəssam Teo Triantafillidisə təqdim olunub.
Rəssamın "Google Arts & Culture" dəstəyi ilə hazırladığı "Feral Metaverse (Spider)" adlı nəhəng interaktiv hörümçək instalyasiyası ziyarətçilərə heykəlin üzərinə dırmaşmaq imkanı yaradır və insanları virtual dünyadan fiziki məkanda birləşməyə səsləyir.