Kulis.az vaxtilə həyat enerjisi ilə dolu olan, indi isə tərk edilən məkanların siyahısını təqdim edir.
Pripyat (Ukrayna) – Zamanın donduğu şəhər
Bir vaxtlar nüvə enerjisi ilə işıqlanan Pripyat 1986-cı ildə Çernobıl faciəsindən sonra tərk edilib. Həyat enerjisi ilə dolu şəhərdən geriyə ölüm sükutu qalıb. Bu gün Pripyatda sanki zaman da donub...
Hasima adası (Yaponiya) – Beton gəmi
Hasima adası uzaqdan baxanda sanki dənizdə batan bir döyüş gəmisinə bənzəyir. Bu səbəbdən ona “Gunkanjima” – “Gəmi ada” deyirlər. Kömür sənayesinin inkişaf etdiyi dövrdə burada minlərlə insan yaşayırdı. Lakin mədənlər bağlandıqdan sonra ada sürətlə boşaldı. Bu gün Hasima paslı dəmir pilləkənləri, dağılan binaları və sükuta qərq olmuş keçmişi ilə Yaponiyanın unudulmuş sənaye obyektlərindən biridir.
Varoşa (Kipr) – Qapalı cənnət
1970-ci illərin əvvəllərində Varoşa Avropanın ən cazibədar turizm bölgələrindən biri idi. Sahillərində Hollivud ulduzları günəşlənir, otellərində dünyanın məşhurları dincəlirdi. Lakin Kipr münaqişəsindən sonra bu cənnət qəfil boşaldıldı...
Sentraliya (ABŞ) – Yeraltı od şəhəri
Sentraliya şəhərinin altında 60 ildən artıqdır alov yanır. 1962-ci ildə kömür mədənində başlayan yanğın hələ də sönməyib. Zamanla yerin altındakı boşluqlar çökməyə, evlərin altı oyuqlaşmağa başladığı üçün insanlar evlərini tərk ediblər. Şəhərin yollarında çatlar var, bəzilərindən hələ də tüstü çıxır...
Kolmanskop (Namibiya) – Səhranın udduğu şəhər
Bir zamanlar qiymətli almaz çıxarılan bu şəhər indi səhranın qumları altında itib-batıb...