Zafer Algöz qəzaya düşdü

Zafer Algöz qəzaya düşdü
23 iyul 2025
# 17:20

“15 Temmuz Son Sefer” filminin çəkilişləri zamanı xoşagəlməz hadisə baş verib.

Kulis.az xəbər verir ki, səhnə zamanı avtobusun sükanı arxasında olan aktyor Zafer Algöz diqqətsizlik nəticəsində qəza törədib.

Bildirilir ki, aktyor kameraya baxaraq avtobus sürücülərinin maaşlarının artırılmasını tələb edirmiş. Elə bu anda sükan arxasında diqqəti yayınıb və hadisə baş verib.

Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.

Qeyd edək ki, aktyor indiyədək “Kurtlar Vadisi Pusu”, “Beni Böyle Sev”, “Leyla ile Mecnun”, “Kötü Kan”, “İntikam”, “Üç Kuruş” kimi məşhur seriallara çəkilib.

# 144 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #