“Yeddi krallığın cəngavəri” serialının treyleri yayımlandı

“Yeddi krallığın cəngavəri” serialının treyleri yayımlandı
13 oktyabr 2025
# 10:15

“Yeddi krallığın cəngavəri” serialının treyleri yayımlanıb.

Kulis.az xəbər verir ki, "HBO"nun yeni serialı “Yeddi krallığın cəngavəri” ("A Knight of the Seven Kingdoms" ), “Game of Thrones” hadisələrindən 100 il əvvəl baş verən hekayəni izah edəcək.

Corc Martinin əsəri əsasında çəkilən serial, cəsur cəngavər Dunk və onun ağıllı yoldaşı Eggin macəralarını izləyəcək.

Mövsüm altı bölümdən ibarət olacaq və ilk seriyası 19 yanvar 2026-cı ildə yayımlanacaq.

Qeyd edək ki, serial, sehr və əjdahalardan çox, xalqın gündəlik həyatı və orta əsrlərə bənzər realizmi ilə diqqət çəkəcək.

# 110 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər