Yazıçı Samirə Əşrəf kimdir?

Yazıçı Samirə Əşrəf kimdir?
13 may 2022
# 12:18

Yazıçı Samirə Əşrəf haqqında məlumat

Yazıçı Samirə Əşrəf haqqında məlumat
Şükürova Samirə Əşrəf qızı 1980-ci il oktyabrın 5-də Cəbrayıl rayonunda anadan olub.

1996-cı ildə Bakı İqtisad Kollecinin Hüquqşünaslıq fakültəsini Fərqlənmə diplomu ilə başa vurub.

Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsində təhsil alıb.

2010-cu ildən Samirə Əşrəf imzasıyla dövri mətbuatda, ədəbi qəzet və jurnallarda, saytlarda hekayələri, köşə yazıları ilə çıxış edir. "Ədalət", "Ədəbiyyat qəzeti" ilə uzun müddətli əməkdaşlıq edib. Kulis.az mədəniyyət portalında müxbir, daha sonra redaktor kimi fəaliyyət göstərib.
2013-cü ildə "Eybəcər" hekayəsinə görə IV Nəsimi Milli Ədəbiyyat Müsabiqəsində "Ən yaxşı hekayə" nominasiyası üzrə birinci yerin qalibi olub. 2025-ci ildə İndigo nəşriyyatı tərəfindən keçirilən “Ən yaxşı hekayə” müsabiqəsində “”Sonuncu yayın sonatası” adlı hekayəsi ilə birinci uerin qalibi olub. Bundan başqa Əli bəy Hüseynzadə, "Kukla teatrının dostu", "Yuğ teatrının dostu" mükafatlarını qazanıb.

2019-cu ildə "Ədəbiyyat qəzeti" yayınları seriyasında "Dördüncü divar" adlı kitabı işıq üzü görüb. Kitabda tanınmış sənət adamları, yazıçı və şairlərlə müsahibələrə yer verilib.

“Atam, bibim və Sergey” adlı romanı kulis.az saytında yayımlanıb.
2022-ci ildə "Mənim üçün qızılgül" adlı hekayələr kitabı çap olunub. Kitabda yazıçının müxtəlif illərdə yazılmış 12 hekayəsi yer alır.

Hekayələr daha çox Birinci Qarabağ müharibəsinin insanların həyatına vurduğu mənəvi zərbələrdən, ağrılardan bəhs edir.

Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

2023-cü ildə prezident mükafatına layiq görülüb.

​​​​​Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının mətbuat katibidir

# 3107 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #