Xəstəxanadan evə buraxılan Vaqif Vəliyev vəfat etdi

Xəstəxanadan evə buraxılan Vaqif Vəliyev vəfat etdi
5 noyabr 2025
# 15:20

Füzuli Dövlət Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə onun oğlu Səbuhi Vaqifoğlu məlumat verib.

Onun sözlərinə görə, dünən günorta saatlarında müalicə aldığı xəstəxanadan evə buraxılan atasının halı qəfildən pisləşib və vəfat edib.

Əməkdar mədəniyyət işçisi 1989-cu ildən bu günə kimi Füzuli Dövlət Dram teatrının direktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, Vaqif Vəliyev 1958-ci il noyabrın 21-də Füzuli şəhərində anadan olub.

# 87 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər