Günel Natiq: "Hazırda elə bir mərhələdəyəm ki, əməliyyat mümkün deyil" - AÇIQLAMA

Günel Natiq:  "Hazırda elə bir mərhələdəyəm ki, əməliyyat mümkün deyil" - AÇIQLAMA
5 mart 2024
# 11:02

"Hazırda elə bir mərhələdəyəm ki, hələlik əməliyyat mümkün deyil..."

Bu sözləri Kulis.az-a tanınmış yazıçı, tərcüməçi Günel Natiq deyib.

Onun sözlərinə görə, hazırda kimyaterapiya davam edir:

"İlk diaqnoz 17 yaşımda qoyulmuşdu. Sonradan bu bəladan qurtulsam da, bu il təzədən başladı. Hazırda elə bir mərhələdəyəm ki, hələlik əməliyyat mümkün deyil.

Günel Natiq ona maddi-mənəvi dəstək olanlara təşəkkür edib:

"Qanun" nəşriyyatı 1000 manat kömək etdi. Dostlar da kart hesabımı paylaşmışdılar, bir nəfər 200 manat göndərib, kim olduğunu bilmirəm. Hələ ki başqa maddi dəstək olmayıb. Hər halda, mənə maddi-mənəvi dəstək olan hamıya təşəkkür edirəm".

Qeyd edək ki, Günel Natiq uzun müddətdir xərçəngdən əziyyət çəkir.

# 1524 dəfə oxunub

Müəllifin son yazıları

# # #