Əbülfəs Qarayev BMT Baş Assambleyasının prezidenti ilə görüşüb

Əbülfəs Qarayev BMT Baş Assambleyasının prezidenti ilə görüşüb
29 iyun 2016
# 10:56

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Nyu-Yorkda BMT Baş Assambleyasının prezidenti Mogens Lykketoftla görüşüb.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanla BMT arasında, xüsusilə BMT Baş Assambleyası arasında əməkdaşlıq məsələsi müzakirə olunub.

Nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun fəsadları, doğma torpaqlarından qovulmuş məcburi köçkün və qaçqınların vəziyyəti barədə məlumat verib və bu barədə BMT Şurasının qəbul etdiyi 4 qətnamənin hələ də icra olunmamasının ciddi narahatçılıq doğurduğunu bildirib.

Ə. Qarayev Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən Bakı Prosesi barədə məlumat verərək M. Lykkettoftu 2017-ci ildə Bakıda keçiriləcək 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.

# 861 dəfə oxunub

Müəllifin son yazıları

# # #