“Salaam Cinema Baku” tarixi abidələr siyahısına salınıb

“Salaam Cinema Baku” tarixi abidələr siyahısına salınıb
30 may 2019
# 18:42

“Salaam Cinema Baku” kinoteatrının yerləşdiyi bina yeni aşkar olunan tarixi abidələr siyahısına salınıb.

Bu barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti binanın tarixi əhəmiyyətini və memarlıq üslubunu nəzərə alaraq bu qərarı qəbul edib. Həmçinin, binanın dövlət tərəfindən qorunan tarixi abidələr siyahısına salınması üçün lazım olan bütün sənədlər toplanaraq Nazirlər Kabinetinə təqdim olunub./azertag.az/

# 1321 dəfə oxunub

Müəllifin son yazıları

# # #